09:33 – xeber – NATO Baş katibi Yens Stoltenberq Polşaya səfər edəcək.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, səfər zamanı NATO-nun Varşava sammitinə hazırlıq müzakirə ediləcək.
Stoltenberq həmçinin Polşa Prezidenti Andjey Duda ilə görüşəcək.
Qeyd edək ki, NATO-nun Varşava sammiti iyulun 8-də keçiriləcək. Görüşdə xüsusilə NATO-nun şərq sərhədlərinin möhkəmləndirilməsi barədə mühüm qərarlar qəbul ediləcək.