18:45 – xeber – NATO Parlament Assambleyası (PA) Rusiya ilə qonşuluqda yerləşən ölkələrin təhlükəsziliyini təmin etməyə çağıran bəyannamə qəbul edib.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, sənəd Assambleyanın Albaniyanın paytaxtı Tiranada keçirilən üçgünlük iclasının nəticələrinə görə yekdilliklə qəbul edilib.
İclasda Alyansın 28 ölkəsindən və NATO-nun tərəfdaş dövlətlərindən 250 parlamentari iştirak edib. Bəyannamədə NATO PA hərbi blok ölkələrini təhlükədə olduğunu hiss edən üzv ölkələrə zəmanət verməyə çağırıb.