Natevan sexsi heyatindan danisdi: "Ne bilirsiniz, belke, artiq her sey var?"

7 May 2016 17:29 – xeber –
"Lazımlı anlarda soyuq insanam. Qarşımdakına bunu bilərəkdən hiss etdirirəm. Sevmədiyim insanın xoşuna gəlməsəm, daha yaxşıdır".
Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Natavan Həbibi "Star life" verilişinə açıqlamasında deyib. Xasiyyətindən danışan ifaçı hər kəslə mehriban olmağı sevmədiyini bildirib:
"Hamıyla yaxşı olsam, demək, xasiyyətim yoxdur. Mən elə insanlardan deyiləm ki, özümə hamıya uyğun düzəliş verim. Belə şey etsəm, özümü öldürərəm, gedib evdə özümü asaram. Ay bu məni qəbul etmir, necə olum, bunun xoşuna gəlim? Xeyr, o çalışsın ki, mənim xoşuma gəlsin. Mən kişi kimi xanımam. Bunu bir çox müğənnilər söz xatirinə deyirlər. Amma bunu gerçəkdən yaşamaq lazımdır".
N.Həbibi xəyanəti heç vaxt bağışlamadığını söyləyib: 
"Düşmənçiliyi də, dostluğu da sona kimi edirəm. İkiüzlülük, yalan, xəyanət məndən uzaqdır. Oyundursa oynayaq. Xəyanətdən söz ola bilməz. Mən bunu qəbul etmərəm, ikinci şans heç vaxt verə bilmərəm. Belə qadınlarla kişilər ailə qurmaqdan qorxurlar. Elə düşünürlər ki, ailədə də belə olacam. Amma yox, mən icazə almalı, qulaq asmalı, məsləhət dinləməliyəm. Yoxsa mən ona hörmət etmərəm. Hörmət etmədiyim insanla yaşaya bilmərəm".
Şəxsi həyatından danışan müğənni hamını təəccübləndirəcək cavablar verib:
"Həyatımla bağlı bəzi nüanslar var ki, hamıdan gizlədirəm. Şəxsi həyatımda hər şey əladır. Hamı mənə arzular deyir. Amma nə bilirsiniz, bəlkə, artıq hər şey var? (gülür)".

milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org