00:52 – xeber – NASA 16 kubmetr həcmə çatdırmağı hədəflədiyi yaşam kapsulunu 2 il müddətinə kosmos stansiyasında möhkəmləndirəcək.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, ABŞ Milli Aviasiya və Kosmos Dairəsi (NASA) ötən ay "Spacex"lə kosmosa göndərdiyi BEAM (Yaşam Fəaliyyət Modulu) adlı hava ilə doldurulan həyat kapsulunun qapağını açıb.
Astronavt Cefri Uilyamsın kosmosda açdığı kapsuldakı hava Yerdən 400 kilometr məsafədə şişməyə başlayıb. Kosmos stansiyasına bərkidilmiş 2,3 diametrdə və 1,5 metr dərinliyindəki BEAM hava ilə şişərək 16 kubmetr həcmə çatacaq.
NASA bununla kosmosda yeni yaşayış sahəsini yaratmağı planlaşdırır.
NASA kosmos stansiyasında hava ilə doldurulan həyat kapsulunun sınağı üçün Qərbi Las-Veqas şirkətinə 17,8 milyon dollar ödəyib.