[r32]
– xeber –
Üç gün öncə – 2 mart tarixində Respublika Narkoloji Dispanserində baş vermiş dəhşətli yanğın 25 can aldı. Bu hadisə Azərbaycan tarixində xəstəxanada baş vermiş ilk dəhşətli faciə idi.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, heç bir ölkə bu cür fövqəladə hallardan sığortalanmayıb, dünyanın bir çox ölkəsində belə faciələr baş verib.
2016-cı ilin 30 noyabrında Türkiyənin Adana əyalətində özəl məktəbdəki yanğında 12 məktəbli vəfat etmişdi.
2016-cı ilin 1 iyun tarixində Çində zavodda başlayan dəhşətli yanğın 50 insanın ölümünə səbəb olmuşdu.
2016-cı ilin 3 dekabrında ABŞ-da gecə klubundakı yanğın 36 can almışdı.
Ötən ilin 14 iyununda Londonda 24 mərtəbəli yaşayış binasındakı yanğın 79 nəfərin həyatına son qoymuşdu.
2018-ci ilin 4 yanvarında Rusiyada anbarda baş verən yanğında 27 nəfər ölmüşdü.
Cənubi Koreyada 26 yanvar 2018-ci ildə “Sejonq” xəstəxanasındakı dəhşətli yanğın 41 nəfərin ölümü ilə nəticələnmişdi.