Namiqle oxsari arasinda "qiz sohbeti" boyudu – QALMAQAL

26 May 2016 17:34 – xeber –
Meyxanaçı Namiq Qaraçuxurlu bənzəri Elman Məmmədov barəsində dediyi "Mənim adımdan istifadə edib, xanımlarla danışır" sözləri cavabsız qalmayıb. Lent.az-a açıqlama verən E.Məmmədov N.Qaraçuxurlunun ünvanına bu sözləri deyib:
"Namiqin mənim barəmdə dedikləri ağ yalandır. Elə bir söhbət olmayıb. Hansısa qızla söhbət etmişəmsə, öz adımla danışmışam. Orada Namiqin adı hallanmayıb. Guya mən Namiqin adından istifadə edib, xanımla danışmışam. Buna heç ehtiyacım da yoxdur. Bu söhbəti kimsə çıxarıb, Namiq də bildi-bilmədi danışıb. Bu da mənim yox, Namiqin günahıdır. Çünki kimisə dediyinə inanıb, rəy verib. Özümü kimdənsə nə aşağı, nə də üstün tutmuram. Onun bu cür danışmasının cavabını verəcəyəm".
 
E.Məmmədov N.Qaraçuxurluya xəbərdarlıq  etməyi də lazım bilib: "Sizin vasitənizlə Namiq Qaraçuxurluya xəbərdarlıq edirəm. Əgər bir də Namiq mənim adımı bu cür məsələlərdə hallandırsa, hüquq mühafizə orqanları qarşısında cavab verəcək. Nə üçün mənim barəmdə belə şey danışılır? Yəni qalmaqalla, söz-söhbətlə yenidən gündəmə gəlməyə ehtiyac yoxdur. Barəmdə belə şeylər danışdığına görə, belə gümana gəlirəm ki, bütün bunlar gündəmdə qalması üçündür. Amma hər kəs öz ayranını qarışdırsa, yaxşıdır".
 
Qeyd edək ki, Namiq Qaraçuxurlu "Ondan sonra" verilişində bənzəri barədə bu sözləri demişdi: "Mənim adımdan kiminləsə danışmasın. Almaniyada olanda bir tanışım mənə yazdı ki, hardasan? Deyirəm, Almaniyada. Qayıtdı ki, bir xanım sənə bənzəyən oğlanla danışır. O da özünü Namiq kimi qələmə verib. Mənim adımdan girib harasa şərhlər yazırlar. Bunları etməsinlər".

milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org