Nadir Şebnemi Sibel Canla muqayise etdi (FOTO)

30 Yanvar 2016 13:00 – xeber –
Müğənni Şəbnəm Əsədova ifa etdiyi "Səndən sonra" adlı mahnıya çəkilmiş klipinə təqdimat edib.
Olkem.az-ın məlumatına görə, paytaxt məkanlarının birində media və şou-biznes əhlini başına cəm edən ifaçı təqdim etdiyi ekran işindən danışıb: "Xeyli vaxtdır ki, gözlədiyim klipi nəhayət ki, təqdim etdim. Açığı, ekran işinə ilk dəfə elə sizinlə birgə baxıram. Çalışmışıq ki, fərqli bir klip ərsəyə gətirək. Bu gün buraya məni dəstəkləmək üçün gələn bütün sənət dostlarıma minnətdaram. Bu iş yaradıcılığımda son yenilik deyil. Qarşıda bir neçə yeniliklərim olacaq".
Ş.Əsədovanın yeni klipi barədə həmkarı Nazənin də danışıb: "Mən Şəbnəmin sənətini bəyənirəm, elə ona görə də buradayam. Hər zaman ona dəstək olmuşam. Bundan sonra da ona əlimdən gələni etməyə hazıram. Klipi də bəyəndim. Uğur olsun".
Tədbirdə qonaq olan müğənni Nadir Qafarzadə də klip barədə təəssüratlarını bölüşərək, Ş.Əsədovanı Türkiyənin tanınmış müğənnisi Sibel Canla müqayisə edib: "Hər zaman bir şeylə razı olmamışam ki, müğənnilərimizi müqayisə etmək üçün deyirlər ki, Aərbaycan şou-biznesinin Tarkanı, Sezan Aksusu, nə bilim-nəyi. Şəbnəmi də Sibel Cana bənzədirlər. Deyərdim ki, Şəbnəm Sibel Candan da gözəldir. Sənəti də yaxşıdır. Qurban olaram Azərbaycan müğənnilərinin sənətlərinə. Öz müğənnilərimizin qədrini bilsək, yaxşı olar".
Xatırladaq ki, təqdimata tanınmışlardan  Manaf Ağayev, Vasif Məhərrəmli, Ramal İsrafilov, Sevda Sanaliyeva, Roza Zərgərli, Bahar Lətifqızı, Gülay Zeynallı, Yaşar Yusub, Mənzurə Musayeva, Yaşar Cəlilov və başqaları gəlmişdilər.
Qeyd edək ki, "Səndən sonra" adlı mahnının sözləri Tural-Toğrul qardaşlarına, musiqisi isə müğənni-bəstəkar Nurlan Təhməzliyə məxsusdur. Klipin rejissoru Nazim Şərbətov, prodüserləri isə Cəmilə Cəfərova, Mehri Aliquliyevadır.

milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org