Nadir sahin damasini ogurlayanlar tutuldu


[r32]
– xeber –
Dağıstanda Nadir şahın dama oyunu taxtasını oğurlayan cinayətkar dəstə üzvləri saxlanılıb.
APA-nın verdiyi məlumata görə, polis Kubaçi İncəsənət Kombinatından oğurluq etməkdə şübhəli bilinən 6 nəfəri həbs edib.
Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk bildirib ki, onların oğurladıqları qiymətli əşyalar sırasında dəyəri 1 milyon avro məbləğində qiymətləndirilən dama da olub. Dama Nadir şahın vaxtından qalıb. Saxlanılanlar Moskva və Smolensk vilayətlərinin sakinləridir. Onların izinə avqustda oğurladıqları 100 əşyadan birini satmaq istəyərkən düşmək mümkün olub.
Daha sonra Safonovo şəhərində əllərində muzeydən itmiş bütün əşyaların olduğu daha iki nəfər saxlanılıb. Oğurluq bu ilin iyununda törədilib.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org