Nadir Qafarzade istefa verdi – Sebeb

15:15 – xeber – Artıq iki il idi ki, “Azərbaycanın səsi” müsabiqəsində münsif idim. Bu yarışma yay aylarına təsadüf etdiyinə görə, demək olar ki, dincələ bilmirdim.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə “Azərbaycanın səsi” müsabiqəsində münsif olmaqdan imtina etməsi haqda Axar.az-a danışarkən deyib. O, istirahət üçün və bəzi nüanslara görə belə bir qərar verdiyini bildirib:
 
“İstirahət mövsümündə ailəmlə, yaxınlarımla dincəlməyə vaxtım olmurdu. Məhz bu amili nəzərə alıb, müsabiqənin yaradıcı heyəti ilə danışmaq qərarına gəldim, gələ bilməyəcəyimi söylədim. Onlar da çox sağ olsun ki, məni anladılar. Açığı, iki il bu yarışda münsif olduğum müddətdə bir çox nüanslar gördüm. Bəzən həqiqəti söyləmək əvəzinə susmalı olurdum. Bu da mənim xarakterimə uyğun deyildi. İştirakçıların bəzilərindən mənə zənglər gəlirdi. Deyirdilər ki, filankəs bizim adamdır, onu təriflə. Amma mən ağa ağ, qaraya qara deyən insanam. Həqiqəti deyən zaman ürəyim ağrıyırdı. Bir sözlə, münsif olmaq mənə görə deyildi. Gələcəkdə yenidən münsif olub-olmayacağımı isə zaman göstərəcək. Hələliksə istirahət etmək istəyirəm”.
 
Qeyd edək ki, ötən mövsüm “Azərbaycanın səsi”nin münsiflər kürsüsündə xalq artisti Nisə Qasımova, əməkdar artist Elza Seyidcahan, müğənnilər Nadir Qafarzadə, Elton Hüseynəliyev yer alırdı.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org