Nadir: “O sozu demisemse, meyitimi gorun”

11:57 – xeber – Məncə, o insanlar özlərinə iş axtarsınlar, işverənlik, dələduzluq, saxtakarlıq və s. ilə məşğul olsunlar.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə sosial şəbəkədə şəhidlərə lənət oxuması haqda yayılan xəbərlərlə bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib. O, belə bir şeyi yazmadığını bildirib:
 
“Mənim 8 yaşım olanda qonşumuz bizə pislik etmişdi, evimizin qapı-pəncərəsini qırmışdı. Atam yox idi, o işi görən kişi xeylağı idi. Mən anamın ayaqlarına düşdüm ki, qonşumuzdur, polisə vermə. O an anam dedi ki, bala, sənin bu üzüyumşaqlığın başına bəla olacaq. Amma bəzi adamlar məni məcbur edir ki, onları məhkəməyə verim. Axı Nadir sizə nə edib? Mənim yazımda bir sözü dəyişib “rəhmət”i “lənət” etmək insanlığa sığmır. Şəhidlərə nəinki lənət deyə, o haqda düşünə bilmərəm. Bu hansı insanlığa, vicdana sığar? Mən həmin  xəbəri yazan saytların rəhbərləri ilə danışa bilməmişəm. Vallah, məhkəməyə verməyə utanıram. Sabah məhkəməyə çıxıb məndən üzr istəyəndə yenə utanacağam, çünki o insanın cavan və ya yaşlı olduğunu bilmirəm. Həmin adamın təzminatı mənə lazım deyil. Jurnalistlərin adına ləkə gətirən həmin şəxsi ifşa etmək istəyirəm. Məncə, o insanlar özlərinə iş axtarsınlar, işverənlik, dələduzluq, saxtakarlıq və s. ilə məşğul olsunlar. Əminəm ki, məni tanıyanlar o xəbərlərə inanmayıb. Əgər o sözü demişəmsə, iki cavan balamla meyitimi görün. Sosial şəbəkədə bu xəbərlərə inanıb insanlar məni təhqir edir”.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org