00:28 – xeber – Suriyada “Fəth ordusu” blokuna daxil olan müxalif qruplaşmalar Hələb şəhərinin Xantuman bölgəsində iki qəsəbəni ələ keçirib.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, əməliyyatlar zamanı 60 rejim əsgəri öldürülüb, 11-i isə əsir alınıb.
Məlumata görə, Əsəd qüvvələrinə məxsus tank heyəti və silah-sursat da məhv edilib.
Müxaliflərin Xalidiyyə və Telmakla qəsəbələrinə və Telzeytun yüksəkliyinə nəzarəti ələ keçirdiyi bildirilib.