01:10 – xeber – Suriyada Feylək əş-Şam qruplaşması Həma şəhərində Rusiya və Əsəd qüvvələrinə məxsus təyyarələrin yerləşdiyi hava limanını hədəf alıb.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu barədə sözügedən qruplaşmanın komandanı Əhməd Hazal deyib.
Onun sözlərinə görə, hava limanı "Qrad" raketləri ilə vurulub:
“Hücum zamanı qərargahı darmadağın etdik. Aldığımız məlumata görə, raket zərbələri nəticəsində ölən və yaralananlar da var”.