Muxalifetin 9 aprel mitinqinin esl hedefi: Bazar…


[r32]
– xeber –
Əli Kərimlinin bu gün mitinq keçirmək istəyi birbaşa özünün şəxsi biznesi ilə bağlıdır. Artıq hər kəsə aydındır ki, Əli Kərimli bu mitinqi Avropa getmək istəyən insanlara partiya arayışı satmaq üçün keçirir.
Bu sözləri Axar.az-a açıqlamasında BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı deyib. Onun sözlərinə görə, Avropada yaşamaq istəyənlərin “mühacir” statusu alması üçün ən asan yol mitinqdə çəkilən fotolardır:
“İndi də həmin adamların mitinqdə şəkillərini çəkdirmək və başqa görüntülər əldə etmək üçün Əli Kərimli aprel 9-na mitinq təyin edib. Faktiki olaraq, bu gün bu qurum “siyasi mühacir” və “siyasi məhbus” alveri ilə məşğuldur. Bir müddət əvvəl xaricdə yaşayan azərbaycanlılar AXCP-nin saxta partiya vəsiqəsi və arayışı satması faktını ifşa etmişdilər.
Hətta bir müddət öncə hazırda Avropada yaşayan AXCP üzvünün bir necə adamdan “mühacir” statusu alması müqabilində 2500 dollar vəsdait istəməsi ilə bağlı səs yazıları, hesabına ödənilmiş vəsait qəbzləri ortaya çıxdı. Ona görə də bu gün heç kim də şübhə yoxdur ki, Əli Kərimli yenə də Avropaya bir qrup insanı göndərmək üçün bu cür yola əl atır”.
N.Orduxanlının sözlərinə görə, bəzən sözügedən mitinqlərdə bir sıra adamlar özləri polis orqanlarının nümayəndələrindən xahiş edirlər ki, icazə verin, polis maşınında oturub şəkil çəkdirək:
“Buna görə, polisə rüşvət də təklif edən olub. Bütün bunları ona görə edirlər ki, Avropaya gedən kimi həmin polis maşınında çəkdirdikləri şəkilləri AXCP-nin veridyi saxta partiya arayışı ilə müvafiq qurumlara təqdim etsinlər. Beləliklə, guya bu adamlar “siyasi mənsubiyyətinə görə təqibə məruz qaldıqlarını” “sübut” etmiş olurlar”.
N.Orduxanlının sözlərinə görə, AXCP-nin rəhbərliyində olan bir çoxları artıq çoxdan Avropadadır və hər ay dövlətin hesabına pul alırlar: “Çox asan yolla Avropa yaşamaq əldə ediblər. Ona görə də hər kəs yaxşı bilir ki, Əli Kərimli mitinq keçirtməklə “bazar mövsümünə” start verir”.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org