Murad Dadasov Yakubovice surpriz etdi – Video


[r32]
– xeber –
Rusiyanın “Birinci kanal”ında yayımlanan məşhur “Pole Çudes” verilişinin bu dəfəki buraxılışı Byenəlxalq Çay Günü və bu verilişin sponsoru olan Azərbaycan şirkəti “Azərçay”ın 20 illiyinə həsr edilib.
Kult.az xəbər verir ki, bununla əlaqədar verilişin yayımlandığı studiyada böyük armudu stəkan, oyun tablosunda isə müasir Azərbaycanın simvollarından biri olan Heydər Əliyev Mərkəzinin fotosu yerləşdirilib. “Pole Çudes”in bu dəfəki yayımına Bakı, Astara və digər bölgələrdən olan vətəndaşlar qatılıblar. İştirakçılardan biri isə şoumen, prodüsser və “Bakılı oğlanlar” komandasının aktyorlardan Murad Dadaşov olub. O, verilişin aparıcısı Leonid Yakubiçə məşhur Azərbaycan mürəbbəsi hədiyyə edib və ona Azərbaycana iyul ayında etdiyi səfəri xatırladıb. Dadaşov həmçinin Yakuboviçin Bakıdan getdikdən sonra nələrin baş verdiyini də söyləyib.
“Mən sizin Azərbaycanda nə qədər çox sevildiyinizi bildiyinizdən əminəm. Sizin gəlişinizdən sonra insanlar o qədər təsirlənmişdilər ki, övladlarını Leonid, hətta Yakuboviç, “Polu Çudes” adlandırmağa başladılar. Bəziləri hətta daha uzağa gedərək Yakuboviçin bığlarını dəb olsun deyə saxladı” – deyə Dadaşov zarafatla aparıcıya deyib.
Bundan sonra Qafqaz papağı və Yakuboviçin bığları olan uşağın fotosunu aparıcıya göstərib.
“Oradakı mürəbbə bankaları arasında siz mürəbbələrdən ən dəyərlisini görürsünüz. Əgər bunlardan heç biri sizin xoşunuza gəlməsə, o zaman bu bankada Azərbaycan nefti var. Qoy bu da sizin kolleksiyanızda qalsın” – deyə Dadaşov söyləyib.
Lakin Dadaşovun Yakuboviçə hədiyyələri bununla bitməyib:
“Bizim idman həyatımızda çox möhtəşəm bir hadisə baş verib. İlk dəfə olaraq Azərbaycanın “Qarabağ” klubu UEFA Çempionlar Liqasında oynayıb. Sizə bütün oyunçuların imzaladığı və Çempionlar Liqasında oynadıqları topu və xüsusi formanı hədiyyə edirik”.
Yayda Bakıya səfəri zamanı “Qarabağ”ın oyununa tamaş etməyə gedən Yakuboviç aldığı hədiyyələrdən çox məmnun olub.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org