Mukucyan: "Qarabag Azerbaycana mexsusdur…"

– xeber – Dağlıq Qarabağ Azərbaycana məxsusdur.

 

Virtualaz.org bildirir ki, bunu Ermənistanın “Avroviziya 2016”-dakı təmsilçisi İveta Mukuçyan Yunanıstanda olarkən yerli KİV-ə verdiyi müsahibəsində deyib.

 

“Avroviziya”da nə üçün tanınmamış “DQR”in bayrağını qaldırması ilə bağlı suala cavabında o deyib: “Dağlıq Qarabağ Azərbaycana məxsusdur, amma bu, Ermənistanda ikinci demokratiyadır. Azərbaycana məxsus olmasına baxmayaraq, həmin ərazi müzakirə mərhələsindədir. Bu məsələ uzun illər “böyük qardaş” Rusiya ilə müzakirə olunub, amma heç bir nəticə yoxdur. Sərhəddəki insanlar proqres görmür və qırılırlar. Buna son qoyulmalıdır”.

 

Xatırladaq ki, mayın 10-da Stokholmda – “Avroviziya-2016”nın finalında İveta Mukuçyan “DQR”in bayrağını qaldırmış, yarışmanın təşkilatçıları isə buna görə Ermənistanı sanksiyalarla hədələmişdilər.

 

Yarışmadan sonra keçirilən mətbuat konfransında Mukuçyan nə üçün elə etdiyinə bu cür aydınlıq gətirmişdi: “Mənim demək və yaymaq istədiyim yeganə şey sülhdür. Mən sərhədlərdə sülh istəyirəm, Ermənistanın istədiyi yeganə şey də sülhdür. Mən bu mahnını məhz buna görə yazmışam – “məhəbbət dalğasını” yaymaq üçün. Mənim arzum budur ki, bütün dünyada sülh bərqərar olsun. Mən bayrağı ona görə qaldırdım ki, insanlar diqqətlərini bu problemə yönəltsinlər. Mən bu dünyaya yalnız sülh arzulayıram”.

 

Onu da xatırlaraq ki, İveta Mukuçyan həmin yarışmada 7-ci yeri tutub.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org