Muhasiredeki seher acindan olur: it, pisik yeyirler (FOTO)

8 Yanvar 2016 10:15 – xeber –
Suriyanın paytaxtı Dəməşqin də yerləşdiyi Rif Dimaşq vilayətindəki Mədaya şəhərinin sakinləri bütünlüklə acından ölə bilərlər.
BMT-nin Suriyada humanitar fəaliyyəti üzrə koordinatorları Yaqub Hellu və Kevin Kennedi belə bəyanatla çıxış ediblər.
Olkem.az Al Jazeera-ya istinadən bildirir ki, BMT-nin Suriyaya yolladıqları ərzaq yardımları bu günlərdə tükənə bilər. Səbəb maliyyə çatışmazlığıdır.
Mədayada hazırda 42 min sakin dəhşətli aclıq içindədir.
Yanvarın 5-də 53 yaşlı mədayalı acından ölüb.
BMT Suriyadakı vətəndaş savaşında iştirak edən tərəfləri ölkədə mühasirədə olan 15 bölgəyə, o cümlədən Deyr əz Zor, əl Fua, Mədaya, Kefray və Şərqi Qutaya humanitar yardımların çatdırılması üçün şərait yaratmağa çağırıb.
Mədaya şəhəri Suriya prezidenti Bəşər Əsədə sadiq qüvvələr tərəfindən mühasirəyə alınıb. Ötən ilin oktyabrın ayından bəri şəhərə humanitar yardımlar çatdırıla bilmir. Qışın soyuğunda ac qalmış insanlar it, pişik, ot-ələf yeyirlər.
Uşaqlarla qocaların vəziyyəti xüsusilə ağırdır.
Şəhərdə ərzaq tapmaq çox müşkül məsələdir. Çünki ərzaq həddən ziyadə bahadır. Məsələn, Mədayada düyü qramla satılır: 1 kq düyünün qiyməti 250 dollardır.
Uşaq qidasının 1 paketi 300 dollara satılır.
Suriyada vətəndaş müharibəsinədək Mədaya ən populyar dağ-xizəkçilik kurortlarından biri idi.

Acından it,pişik yeyirlər

ŞƏRH YAZ

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org