Muhafize Xidmetinin yubiley medali – Foto


[r32]
– xeber –
“Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin 25 illiyi (1993-2018)” yubiley medalının təsviri yayılıb.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, təsvir Azərbaycan Respublikasının 2017-ci il 15 dekabr tarixli Qanunu ilə təsdiq edilib.
Maddə 1. Medalın ümumi təsviri
“Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 25 illiyi (1993-2018)” Azərbaycan Respublikasının yubiley medalı (bundan sonra – medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 35 mm olan milli ornamentli səkkizguşəli ulduzdan ibarətdir.
Maddə 2. Medalın ön tərəfi
Qızılı rəngli səkkizguşəli ulduzun ön tərəfində relyefli şüaların əhatəsində, medalın mərkəzində yerləşən qızılı dairənin orta hissəsində səkkizguşəli ulduzun fonunda Azərbaycan Respublikası Dövlət bayrağının rəngli təsviri verilir. Qövs boyunca yuxarı hissədə “XÜSUSİ DÖVLƏT MÜHAFİZƏ XİDMƏTİ” sözləri, aşağı hissədə “1993-2018” rəqəmləri həkk olunur. Bütün yazılar və təsvirlər qabarıqdır.
Maddə 3. Medalın arxa tərəfi
Medalın arxa tərəfinin səthi hamardır, orta hissəsində “Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 25 illiyi (1993-2018)” sözləri, aşağı hissəsində medalın seriyası və nömrəsi həkk olunur.
Maddə 4. Medalın elementləri
4.1. Medal paltara bərkidilmək üçün elementi olan, 37 mm x 50 mm ölçülü düzbucaqlı mavi xara lentə ilgək və iki halqa vasitəsilə birləşdirilir. Xara lentin aşağı və yuxarı hissələrinə 5 mm x 40 mm ölçülü düzbucaqlı qızılı təbəqə bərkidilir. Xara lentin sol və sağ kənarlarında 1 mm enində ağ rəngli şaquli zolaqlar təsvir olunur.
4.2. Medala paltarın yaxasına bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 37 mm x 10 mm ölçülü qəlib əlavə edilir.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org