Mugenni 7,5 milyon dollarliq uzuyunu gosterdi (FOTO)

22 Fevral 2016 17:00 – xeber –
Dünya şöhrətli müğənni Meraya Keri çox bahalı nişan üzüyünü yenidən üzə çıxarıb.
Olkem.az anspress-ə istinadən bildirir ki, ifaçı ötən ay o, avstraliyalı biznesmen Ceyms Parkerlə nişanlanıb. Nişanlısı ona olduqca böyük brilyant qaşı olan üzük hədiyyə edib. 
Nişandan sonra bir dəfə üzüyü ilə jurnalistlərin qarşısına çıxan müğənni yenidən obyektivlərə tuş gəlib. 
Keri Los-Ancelesdə keçirilən bir partiyə qatılıb. Əynində gümüşü rəngli mini geyimi olan müğənni obrazını eyni rəngli ayaqqabı ilə tamamlayıb. Amma nəhəng qaşlı üzük onun geyimini kölgədə qoyub. 
45 yaşlı Keri uzun müddət üzüyünü göstərərk kameraların onu görüntüləməsinə icazə verib. Avstraliyanın ən varlı dördüncü insanı olan Ceyms Parkerin verdiyi nişan üzüyü 7,5 milyon dollar dəyərindədir. 35 karatlıq bu üzük Kerinin yaxın dostu olan dizayner Vilfredo Rosado tərəfindən hazırlanıb. 
Meraya Kerinin qısa müddətdə təmtəraqlı toy edəcəyi gözlənilir. 
M.Keri ilk evliliyini gənc yaşlarında – 1999-cu ildə Tommi Mottola ilə edib. 2002-ci ildə boşanan ifaçı daha sonra Nik Cannon ilə ailə qurub. Bu evlilikdən iki övladı var. Ailə 2013-cü ildə dağılıb. 
Onun yeni nişanlısının adı isə bir neçə il öncə həyat yoldaşından boşanan, dünyanın ən cazibədar modeli olan Miranda Kerr ilə çəkilirdi. Parker 4.5 milyard dollarlıq sərvətə malikdir. 

milli.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org