Muellimler vezifeye bu sertlerle qebul edilecek


[r32]
– xeber –
Azərbaycanda ali təhsil müəssisələrində aparılan elmi-tədqiqat işlərinin nəticələri professor-müəllim heyətinin vəzifələrə seçilməsində və təyin olunmasında nəzərə alınacaq.
Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, bununla bağlı “Ali və orta ixtisas təhsili müəssisələrinin fəaliyyəti ilə bağlı Əsasnamələrin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 6 noyabr tarixli 242 nömrəli qərarında dəyişikliklər edilib.
Bu qərarla Azərbaycanda ali təhsil müəssisəsinin elmi-tədqiqat fəaliyyətinin təşkili üçün maliyyələşdirmə yolları dəyişdirilib.
Yeni dəyişikliyə əsasən, ali təhsil müəssisəsinin elmi-tədqiqat fəaliyyəti tədris prosesinin ayrılmaz tərkib hissəsi olmaqla, təsisçinin vəsaitləri, öz vəsaitləri, qrantlar, müxtəlif fondlardan alınan vəsaitlər və digər qanuni mənbələr hesabına həyata keçirilir.
İndiyədək isə elmi-tədqiqatların maliyyələşdirilməsi və elm-istehsalat fəaliyyəti ali təhsil müəssisəsinin tabe olduğu nazirlik (idarə) tərəfindən fundamental və axtarış elmi-tədqiqatların aparılmasına dövlət büdcəsindən ayrılan vəsait, təsərrüfat müqavilələri əsasında aparılan elmi-tədqiqat və təcrübə-konstruktor işlərindən alınan vəsait, ali təhsil müəssisəsinin elmi-texniki və sosial inkişaf fondlarından ayrılan vəsait hesabına həyata keçirilirdi.
Bundan başqa, elmi müəssisə və təşkilatlar və ali təhsil müəssisələri sifarişlər əsasında birgə elmi tədqiqatlar aparmaq, layihə və proqramlar hazırlamaq, məsləhət və “Elm haqqında” qanununa uyğun olaraq digər xidmətlər göstərmək hüququna malikdirlər.
Əsasnamənin indiyədək mövcud olan varinatına görə isə ali təhsil müəssisələri, Azərbaycan Elmlər Akademiyasının elmi təşkilatları, başqa ali təhsil müəssisələri, sahə nazirliklərinin müəssisə, təşkilat və idarələri ilə müxtəlif təşkilati formalarda, o cümlədən sahələrarası komplekslər, müvəqqəti yaradıcı kollektivlər, tədris-elmi istehsal komplekslərində müqavilələr əsasında birgə tədqiqatlar aparırlar.
Yeni qərarla elmi və elmi-texniki fəaliyyətin maliyyələşdirilməsi “Elm haqqında” qanuna uyğun olaraq, dövlət büdcəsinin vəsaiti, elmi fəaliyyət subyektlərinin öz vəsaitləri, dövlət fondlarının vəsaitləri, kreditlər, qrantlar, ianələr və digər qanuni mənbələr hesabına həyata keçiriləcək.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org