Mubariz Qurbanli: "İlk defe gozden eliller ucun…"

– xeber – Yanvarın 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi kollegiyasının (DQİDK) ötən ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunan genişləndirilmiş iclası keçirilib.

 

Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, Komitənin sədri Mübariz Qurbanlı hesabat məruzəsi ilə çıxış edərək yanvarın 10-da Prezident İlham Əliyevin iştirakı ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasına diqqəti cəlb edib. O, həmin iclasda dövlətimizin başçısının 2016-cı ili ölkəmizdə “Multikulturalizm ili” elan etdiyini və bununla bağlı Sərəncam imzaladığını xatırladıb. O, “Multikulturalizm ili” çərçivəsində Prezidentin tapşırıq və tövsiyələrinə uyğun olaraq görüləcək işlərdən danışıb.

 

Sədr bildirib ki, Dövlət Komitəsi tərəfindən 2015-ci ildə respublikada dini durumun öyrənilməsi, təhlil olunması, bu sahədə proseslərin izlənilməsi, informasiya fondunun zənginləşdirilməsi, maarifləndirmə işinin aparılması, dini qurumlarla əməkdaşlığın genişləndirilməsi, onların fəaliyyəti üçün lazımi kömək göstərilməsi və dövlət qeydiyyatına alınmaları, Azərbaycanın zəngin tolerantlıq ənənələrinin ölkə daxilində və beynəlxalq aləmdə təbliğ edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilib. Daxili işlər, Ədliyyə, Təhsil nazirlikləri, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası ilə birgə Tədbirlər Planı imzalanıb və il ərzində icra olunub.

 

Dini maarifləndirmə istiqamətindəki işlər dini icmaları, yerli icra hakimiyyətlərini, orta və ali təhsil məktəblərini, cəzaçəkmə müəssisələrini, müxtəlif peşə sahələrini, eləcə də dini təhsil müəssisələrini əhatə edib.

 

Respublikanın bölgələrində “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda ikigünlük regional konfranslar keçirilib. Ümumi sayı 19-a çatan və təxminən 8 min nəfərin iştirak etdiyi regional konfranslarda maarifləndirici mövzularda tanınmış mütəxəssislərin çıxışları da təşkil edilib. Dini maarifləndirmə işinin təşkili və aparılması, eləcə də dini icmaların fəaliyyətində tolerantlığın gücləndirilməsi, neqativ meyillərin, xüsusilə dini radikalizmin qarşısının alınması məqsədilə respublikanın bütün bölgələrində təhsil ocaqlarını, cəzaçəkmə müəssisələrini, müxtəlif peşə sahələrini, eləcə də hüquq mühafizə orqanları kollektivlərini əhatə edən 87 seminar-treninq, görüş və konfrans keçirilib. Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərilməsi üçün 2014-cü il 27 noyabr tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası istiqamətində intensiv tədbirlər görülüb. Ölkənin bütün bölgələrini əhatə edən 87 dini icmaya maliyyə vəsaiti ayrılıb. Həmin dini icmaların layihələri çərçivəsində keçirilən və ümumilikdə sayı 300-ə çatan tədbirlərdə 10 mindən artıq insanın iştirakı təmin olunub.

 

Mübariz Qurbanlı radikalizmlə mübarizə, dövlət-din münasibətləri, tolerantlıq, İslam maarifçiliyi və işğal altında qalmış dini abidələrimizlə bağlı tanınmış ilahiyyatçı alimlərin müəllifi olduğu kitablar, eləcə də ölkəmizin tolerantlıq ənənələri, multikultural dəyərləri barədə buraxılan nəşrlər haqqında da məlumat verib. Respublikada ilk dəfə gözdən əlillər üçün Qurani-Kərimin brayl əlifbası ilə Azərbaycan dilində tərcüməsinin nəşr edildiyini diqqətə çatdırıb.

 

Komitə sədri, həmçinin Azərbaycanda tolerantlıq ənənələri, dözümlülük, dinc birgəyaşayış mədəniyyətinin beynəlxalq aləmdə təbliği, eləcə də dini ekstremizm və terrorizm kimi bəşəriyyəti narahat edən problemlərdən birgə çıxış yolları axtarmaq məqsədilə keçirilən beynəlxalq tədbirlər barədə söhbət açıb.

 

Yığıncaqda Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə İdarəsinin rəisi Vüqar Babayev çıxış edərək, muxtar respublikadakı dini durum, milli mənəvi dəyərlərimizin qorunması və təbliği sahəsində görülmüş işlər barədə məlumat verib. Qeyd edib ki, Naxçıvan Muxtar Respublikasında dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi üçün, eləcə də dini icmaların fəaliyyətinə şərait yaratmaq məqsədilə yüksək səviyyədə müxtəlif maarifləndirici tədbirlər keçirilib.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir