MŞ isgalci İrevana dayaq duran İrana niye etiraz etmir?

01:25 – xeber – Sözdə bəyanatlar verməsinə, guya Fələstini müsəlman olduğu üçün müdafiə etdiyi iddiasına baxmayaraq, İranda islam təəssübkeşliyi yoxdur. Bu ölkə dindən öz məkrli siyasi məqsədləri üçün sui-istifadə etməklə məşğuldur.
 
Bu sözləri Axar.az-a açıqlamasında BAXCP sədrinin ictimai-siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlı deyib. Onun sözlərinə görə, belə olmasa, İran 1 milyondan artıq müsəlman-şiənin öz yurdundan didərgin düşməsinə səbəb olan, bir müsəlman dövlətinin BMT tərəfindən tanınan ərazisini işğal edən xristian Ermənistanın işğalçı və təcavüzkar siyasətini davam etdirməsi üçün ona yardım etməzdi:
 
“Ermənistanın bu gün siyasi rəhbərliyində olan şəxslər Azərbaycan torpaqlarınının işğalında iştirak edən, əlləri müsəlman cocuqlarının qanına batan qatillərdir. Məscidlərimizi dağıdan, dini ibadət yerlərimizi donuzxanaya çevirən ermənilərdir. Hətta Ermənistan rəhbəri Sərkisyan Xocalıda törədilən qətliamda iştirakını fəxarətlə yada salır, “Azərbaycan bilməli idi ki, biz zarafat etmirik” deyə, uşaq, qoca, qadın qatili olmasından məmnunluqla danışır. Bəs necə olur ki, “islam təəssübkeşi” İran bütün bunları bilə-bilə Ermənistana sanksiya tətbiq etmək əvəzinə, viza rejimini ləğv etmək istəyini bildirir, Ermənistanla siyasi, ticari, hərbi əlaqələr qurur!”
 
N.Orduxanlının sözlərinə görə, Ermənistana hərbi baxımdan dəstək verən Rusiyadırsa, bu ölkəni iqtisadi baxımdan ayaqda saxlayan İrandır:
 
“İranın iqtisadi dəstəyi olmasa, Ermənistan iqtisadiyyatı daha da zəifləyər və işğalçılıq siyasətini sona yetirər. Belə çıxır ki, “müsəlman təəssübkeşi” İran düşünülmüş surətdə xristian Ermənistana müsəlman torpaqlarını işğalda saxlamaq, məscidlərdə donuz otarmaq, ziyarətgahları təhqir etmək üçün bütün dəstəyi göstərir. Bu, əslində İranın iç üzünü açıb göstərən faktdır”.
 
Niyaməddin Orduxanlının fikirincə, bu gün İran rəsmilərininu cür bəyanatına çox təəssüf ki, ölkədə fəaliyyət göstərən siyasi partyalardan kifayət qədər etirazlar eşidilmir:
 
“İlk gündən liderimiz BAXCP sədri Qüdrət Həsənquliyev bununla bağlı çox kəskin mövqeyini bildirdi, İranın Ermənistanı müqəddəs Ramazan ayında “müttəfiq” adlandırmasını rəzalət, şərə, zülmə dayaq durmaq, islamın müqəddəs dəyərlərinə meydan oxumaq kimi dəyərləndirdi. İranın fars-molla rejiminin təmsilçilərinin azərbaycanlılara qarşı soyqırım həyata keçirən, əli onminlərlə günahsız müsəlmanın qanına bulaşan Ermənistan rəsmilərini müttəfiq gözündə görməsi rəsmi Tehranın bu cinayətlərə şərik olması anlamına gəlir. Əslində bu siyasət İran İslam Respublikasının vətəndaşları olan və sayı 40 milyona çatan azərbaycanlıların da aşağılanması, təhqir olunması kimi qiymətləndirilməlidir. Ancaq təəssüf ki, İranın bu açıqlamalarına Milli Şura deyilən qurum etiraz etmədi! Bütün bunlar sübut etdi ki, Milli Şura birbaşa Rusiyanın layihəsidir. Bu faktorun özü onu deməyə əsas verir ki, Milli Şuranı Azərbaycanın milli maraqları düşündürmür“.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org