Moskva Qara deniz layihesinden imtina etmeyib

14:45 – xeber – Moskva hələ də Qara dənizin dibi ilə Avropaya qaz kəmərinin çəkilməsini öz gündəliyindən çıxarmayıb.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bunu “İnterfaks” agentliyinə müsahibəsində Rusiya Xarici İşlər nazirinin müavini Aleksey Meşkov söyləyib. Onun sözlərinə görə, Moskva bu proyektin reallaşdırılması üçün müxtəlif variantların müzakirəsinə hazırdır:
 
“İtaliya və cənub-şərqi Avropa ölkələrinin qaza olan tələbatı həddən artıq çoxdur. Avropa Komissiyasının destruktiv mövqeyi və Bolqarıstan hakimiyyətinin anlaşılmaz siyasəti nəticəsində Rusiya Cənub Axını layihəsini bağlamaq məcburiyyət qaldı. Lakin bu, Rusiyanın bu istiqamətdə qaz kəmərlərinin çəkilməsi ideyasının məhv olması anlamına gəlmir. Avropa Birliyi enerji resurslarının öz ərazisinə tədarükü variantlarını seçmək hüququna sahibdir. Cənub Qaz Dəhlizinin nə qədər effektli olacağını zaman göstərəcək. Bunun üçün nəzərdə tutulan maliyyə yatırımları ayrılacaqmı? Tədarükçü ölkələr lazım olan qaz həcminə və qeyri-sabit siyasi şəraiti olan regiondan tədarükün stabilliyinə zəmanət verə biləcəklərmi? Ortaya çoxlu suallar çıxır”.
 
Qeyd edək ki, bundan öncə “Qazprom” rəhbərliyi də Rusiya hökumətinin Avropa Komissiyası ilə Qara dənizin dibində qaz kəmərinin çəkilişini müzakirə edəcəyini bəyan edib. 

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org