"Moskva narahatdir"

6 Yanvar 2016 17:13 – xeber –

Rəsmi Moskva Koreya Xalq Demokratik Respublikasının hidrogen bombasını sınaqdan keçirməsi xəbərindən olduqca narahatdır.

Olkem.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib. 
"Rusiya prezidenti Vladimir Putin sınağın keçirilməsi haqda məlumatın təsdiqlənəcəyi təqdirdə, seysmoloji stansiya ölçülərinin göstəricilərini öyrənmək və vəziyyəti təhlil etmək barədə göstəriş verib", – deyə D.Peskov qeyd edib.
 
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə bildirib ki, Pxenyanın hidrogen bombasını sınaqdan keçirməsi təsdiqlənsə, bu, onun nüvə silahının inkişafı yolunda yeni addım atmasının göstəricisi olacaq: "Bu isə beynəlxalq hüquq normaları və BMT Təhlükəsizlik Şurası qətnamələrinin kobud şəkildə pozulması deməkdir. Rusiya hidrogen bombasının sınağını diqqətlə izləyir və mövcud texniki məlumatları təhlil edir. Hazırkı vəziyyətdə bütün maraqlı tərəfləri təmkin nümayiş etdirməyə və regionda gərginliyin idarə olunmaz şəkildə artmasına gətirib çıxaracaq addımlardan çəkinməyə çağırırıq".
 
M.Zaxarova qeyd edib ki, Rusiya Koreya yarımadasındakı vəziyyətin diplomatik yolla – altıtərəfli danışıqlar vasitəsilə tənzimlənməsini və tezliklə dialoqun başlanmasını dəstəkləyir.
 
Xatırladaq ki, Şimali Koreya bu gün hidrogen bombasının uğurla sınaqdan keçirildiyi barədə məlumat yayıb. Artıq ABŞ, Çin, Böyük Britaniya, Fransa və Avstraliya daxil olmaqla, bir sıra dövlətlər Pxenyanın bu addımını pisləyən bəyanatla çıxış edib.

milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org