Moskva İrevani silahlandirmaqla beraber… – Şerh

09:18 – xeber – Nə Minsk Qrupu, nə də Ermənistan Azərbaycan qədər Dağlıq Qarabağ məsələsinin həllinə hazırdır.
 
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Fikrət Sadıqov deyib. Dağlıq Qarabağ ətrafında gedən proseslərin gedişatını dəyərləndirən politoloq vəziyyətin kifayət qədər mürəkkəb hal aldığını bildirib:
 
“Rusiya Ermənistanı sürətlə militaristləşdirməklə qalmır, üstəlik, separatçıları Moskvaya toplayır. Buna şərait yaradılırsa, deməli, separatçılara müəyyən dəstək də var. Digər tərəfdən isə Ermənistanın daxilində kifayət qədər çox mürəkkəb proseslər gedir. Hakimiyyətdaxili kadr dəyişikliyi, o cümlədən xarici işlər nazirinin dəyişilməsi gözlənilir. Görünən odur ki, nə Minsk Qrupu, nə də Ermənistan Azərbaycan qədər Dağlıq Qarabağ məsələsinin həllinə hazırdır”.
 
Politoloq bildirib ki, aparıcı dövlətlər tərəfindən münaqişənin həllinə dair hər hansı bir fəallıq olsaydı, bu, hiss olunardı:
 
“BMT-nin 4 qətnaməsi, uzun illərdir sistematik şəkildə erməni tərəfi ilə aparılan danışıqlar kifayət deyilsə, onda aparıcı dövlətlər nə gözləyirlər? Bundan sonra hansı güzəştlərə getməliyik?”
 
Politoloqun sözlərinə görə, danışıqlar prosesi hələ gündəmdən çıxarılmayıb:
 
“Bakı danışıqlara hər zaman hazırdır, bununla yanaşı, hərbi potensialımız da kifayət qədər gücləndirilir. Çünki qarşı tərəf ancaq güc dili hesablaşmağa başlayıb”.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org