MN Xocali ile bagli tedbirlere baslayir

14:24 – xeber – Xocalı soyqırımının ildönümü Silahlı Qüvvələrdə keçiriləcək silsilə tədbirlərdə anılacaq.
 
Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, nazir general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən Silahlı Qüvvələrdə Xocalı soyqırımının iyirmi dördüncü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir.

Təsdiq edilmiş plana əsasən tədbirlər bir sıra şəhər və rayonları, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrini, mərkəzi və qarnizon zabitlər evlərini, klub və kitabxanları əhatə edir.

İctimai-siyasi hazırlıq dərslərində "26 fevral – Xocalı soyqırımı" mövzusunda tədbirlərin təşkili, ilk dərslərin qanlı hadisəyə həsr edilməsi, konfrans və "dəyirmi masa"ların, ədəbi-bədii gecələrin, sərgilərin, faciə qurbanlarının ailə üzvləri ilə görüşlərin keçirilməsi, milli azadlıq uğrunda mübarizəyə həsr olunan sənədli və bədii filmlərin, tamaşaların nümayişi də nəzərdə tutulub.

Tədbirlər planına əsasən Goranboy rayonu icra hakimiyyəti ilə birlikdə "Xocalı qisasa çağırır bizi" devizi altında faciə qurbanlarının və "Qızıl ulduzlu qəhrəmanlarımız" silsiləsindən Beyləqan rayonundan olan Azərbaycan Milli Qəhrəmanlarının xatirəsinə həsr edilən anma mərasimləri təşkil olunacaq.

Bundan əlavə, şəxsi heyət Xətai rayonunda, Goranboy rayon mərkəzində və Ağcakənd qəsəbəsində, eləcə də respublikanın digər şəhər və rayonlarında Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidələri ziyarət edəcəkdir. 

Fevralın 26-da saat 17.00-da Müdafiə Nazirliyinin tabeliyində olan bütün birlik, birləşmə, hərbi hissə, idarə, təşkilat və xüsusi təyinatlı hərbi təhsil müəssisələrində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək, dövlət bayraqları endiriləcəkdir.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org