Mirze Feteli Axundzadeye “fars” deyenlere – Tutarli cavab


[r32]
– xeber –
Axundzadə öz tərcümeyi-halında yazıb ki, “milliyyətcə farsam”. Axundzadə o zaman üçün düz deyir – farsdır, amma bu zaman üçün düz demir, o, milliyyətcə türkdür. Hətta Axundzadəni ərəb hesab edənlər də var.
Kult.az xəbər verir ki, bu sözləri yazıçı Firuz Mustafa Axundzadənin milliyyətcə fars olduğu ilə bağlı iddialara münasibət bildirərkən qeyd edib. O bildirib ki, Axundzadə dünyaya gələndə (1812-ci ildə) Azərbaycan İran ərazisinə daxil idi:
“Mirzə Fətəlinin atası təmiz türk qövmündəndir – Təbriz yaxınlığındakı Xaminə kəndindən, anası isə Nuxadandır (Şəkidən). O zamandan az sonra biz rus imperiyasının təbəəliyində olsaq da, həmin dövrəcən doğulanları dəftərxanalarda “fars” kimi qeyd edirdilər. Belə ki, o dövrün Abbasqulu ağa Bakıxanov, Mirzə Cəfər Topçubaşov, Mirzə Kazım bəy, Mirzə Şəfi Vazeh və s. bu kimi görkəmli şəxsiyyətlərinin milliyyəti də sənədlərdə gah “tatar”, gah da “fars” kimi qeyd olunub”.
Alim həmin şəxslərin niyə türk yox, məhz fars olaraq qeyd olunmasına da münasibət bildirib:
“Çünki o vaxtlar İranda doğulan insanlar “fars”, Rusiyada doğulan insanlar isə “rus” adlandırılırdı. Təkcə İranda və Rusiyada belə deyildi. Sovetlər Birliyi dağılana qədər SSRİ-dən xaricə gedən vətəndaşların hamısına “rus” deyirdilər. Digər tərəfdən, indinin özündə də Çindən gələnlərə “çinli”, İngiltərədən gələnlərə “ingilis”, Afrikadan gələnlərə “zənci” deyirik. Axundzadənin zamanında Türkiyədən olanlara adətən osmanlı (nadir hallarda türk), Azərbaycandan olanlara “fars”, “qafqazlı” (nadir hallarda tatar) deyirdilər. Hətta Mirzə Fətəliyə “tiflisli”, “nuxalı”, “rus” deyənlər də olub”.
Firuz Mustafa vurğulayıb ki, indi təkcə adi adamların arasında deyil, özünü “alim” hesab edən şəxslərin arasında da bisavadlıq artmaqdadır:
“Onların bəziləri doğrudan da Mirzə Fətəlini fars hesab edirlər. Ona görə də Mirzə Fətəli Axundzadənin bu sözlərini xatırlamaq yerinə düşər: Dünyada ərəblər qədər gözəl nağıl uyduran, farslar qədər bu nağılı gözəl danışan və türklər qədər bu nağıla inanan ikinci bir millət yoxdur”.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org