Mirsahin ANS-in acilmasi xeberinden danisdi

10:35 – xeber – 10-04 23:59
 
ANS televiziyası yenidən fəaliyyət göstərəcək. 
 
Gununsesi.info-nun əldə etdiyi məlumata görə, kanal internet televiziyası kimi yenidən yayıma başlayacaq. 
 
Verilən məlumatda bildirilir ki, artıq kanal rəhbərliyi hüquqi sənədlərin hazırlığı ilə məşğuldur. Tezliklə ANS izləyiciləri yenidən sevimli kanallarına qovuşacaqlar. Kanalın əvvəlki kimi əsasən xəbərçiliklə məşğul olacağı söylənilir.
 
***
 
Mirşahin Ağayev modern.az saytına açıqlamasında yayılan informasiyaların yalan olduğunu deyib:
 
“Bunlar cəfəngiyyatdan başqa bir şey deyil, ANS açılmır. Bizimlə olan, maraqlanan dostların hər birinə təşəkkür edirəm. Sağ olun”.
 
Qeyd edək ki, Milli Televiziya və Radio Şurası Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə Baş Prokurorluğun 18 iyul 2016-cı il tarixli müraciətini, "Televiziya və radio yayımı haqqında” qanunun 11, 23, 32-ci maddələrinin tələblərini rəhbər tutaraq ANS Müstəqil Yayım və Media Şirkətinin yayımının 18 iyul 2016-cı il tarixdən saat 18:30-dan etibarən 1 ay müddətinə dayandırılması, 25 oktyabr 2013-cü il tarixli TR 099 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə məhkəmədə iddia qaldırılması, "Televiziya və radio yayımı haqqında” qanunun 23.2.8-ci maddəsinin tələbinə uyğun olaraq ANS ÇM Yayım və Media Şirkətinə 25 oktyabr 2013-cü il tarixdə verilmiş TR 100 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə qərar qəbul edib. Daha sonra MTRŞ ANS Müstəqil Yayım və Media Şirkətinə televiziya yayımı üçün verilmiş lisenziyanın ləğv edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Məhkəmənin qərarına əsasən, ANS TV-nin yayım lisenziyası ləğv edilib. ANS həmin qərardan kassasiya şikayəti verib.
 
Lakin sentyabrın 21-də Ali Məhkəmə ANS Müstəqil Yayım və Media Şirkətinin lisenziyasının ləğvi barədə Bakı Apellyasiya Məhkəməsinin qərarından verdiyi kassasiya şikayətini təmin etməyib.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org