Mirkamil: "Anamin meselesine qarismaq istemirem"

18 Fevral 2016 13:17 – xeber –
Müğənni Mirkamil Kamilov anası Məleykə Kamilovanın vəzifədən uzaqlaşdırılmasına münasibət bildirib.
Olkem.az xeber verir ki, sənətçi qafqazinfo-ya açıqlamasında bildirib ki, anası öz istəyi ilə işdən çıxıb:
"Ailə problemlərinin mediada işıqlandırılmasını sevmirəm. Həmin məqaləni kimlərin göndərməsi barədə xəbərim yoxdur, bilmirəm. Bəlkə də məqalə müəyyən şəxslər tərəfindən planlaşdırılaraq yazılıb. Çünki anam mövzu ilə bağlı müsahibə verməyib. Məleykə xanımın səhhəti normaldır, min şükür… İşdən çıxmağının səbəbləri odur ki, özü istəyib. Amma istəməyin altında bəzi şərtlər var. Hansı ki, bu məsələ birinci məqalədə işıqlanıb. Bu məsələyə çox da qarışmaq istəmirəm".
Qeyd edək ki, Şamaxı Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Məleykə Kamilova bir neçə gün əvvəl işdən azad olunmuşdu.
Buna səbəb xalq artistinin bacısından rüşvət tələb olunması idi. O isə pulu vermədiyi üçün işindən kənarlaşdırılmışdı.
Şamaxı Rayon Mədəniyyət və Turizm Şöbəsi ilə əlaqə saxladıq. Şöbə müdirini əvəz edən açıqlamasında Rafael Tağızadə Məleykə Kamilovanın öz ərizəsi ilə işdən ayrıldığını bildirmişdi.
Məleykə Kamilova açıqlamasında oğlu xəstə olduğuna görə işdən çıxdığını söyləmişdi:
"Bəli, mən öz ərizəmə əsasən işdən azad olunmuşam. Oğlum xəstəydi və onu müalicəyə aparacaqdım deyə ərizə yazmışam. Ərizəmi bir ay müddətində geri götürməmişəm və ona görə də işdən azad olunmuşam".

milli.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org