12:01 – xeber – ANS şirkətlər Qrupunun vitse-prezidenti, tanınmış jurnalist Mirşahin Ağayev həyat yoldaşı Səbinə Ağayevanın işdən ayrılması barədə xəbərlərə aydnlıq gətirib.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, Publika.az-a açqlamasında Mir Şahin bu məlumatı yayanın sahibinin sifarişini anlamadan icra etdiyini vurğulayıb:
“Səbinə Heydərova və Mirşahin Ağayev Vahid Mustafayevlə bir ailənin üzvüdür. Vahid Mustafayev ANS Şirkətlər Qrupunun prezidentidir. Mirşahin Ağayev də ANS-in baş direktorudur. Onların arasında yalnız işgüzar münasibətlər yoxdur, həm də uzun illərdir ki, dostdurlar.
ANS-də süni qalmaqallar yaradan və belə qalmaqalların mətbuata çıxmasında maraqlı olan şəxslər ünvanı düz seçməyiblər. Belə məlumatlar, dezinformasiyalar yayan qurumlar məhkəmə qarşısında cavab verəcəklər”.
Səbinə Ağayevanın ANS-dən getməsi isə Mir Şahin analıq məzuniyyəti ilə əlaqələndirib: “Səbinə analıq məzunyyətindədir. Uşaqlarla bağlı çətin vəziyyət yaşadığı üçün işini yarımçıq saxladı. Analıq məzuniyyətini başa vurandan sonra ANS-də yenidən işini davam etdirəcək”.
Qeyd edək ki, Mir Şahin Ağayevin həyat yoldaşı Səbinə Heydərova mart ayından məzuniyyətdədir.
ANS-dən ayrıldığı deyilən Sevda Həsənova isə Aznyus.az-a açıqlamasında atasının dünyasını dəyişdiyi üçün işə çxa bilmədiyini qeyd edib: “Atam rəhmətə gedib. Bu səbəblə işə çıxmıram. Yayılan xəbərlər həqiəti əks etdirmir”.