Minsk Qrupundan Qarabagla bagli – Beyanat

23:38 – xeber – ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə görüşlərinin yekunlarına dair bəyanat yayıblar.
 
APA-nın xəbərinə görə, bəyanatda deyilir: "ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ), Pyer Andriyu (Fransa) və ATƏT-in hazırki sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik Dağlıq Qarabağ münqaişəsinin həlinə dair danışıqlar aparmaq üçün Nyu-Yorkda Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə ayrı-ayrılıqda görüş keçirib.
 
Görüş zamanı biz Vyana və Sankt-Peterburq Sammitlərində qəbul olunmuş qərarların icrasına xüsusi önəm verdik.  Xüsusilə də münaqişənin həllinə yönələn danışıqlar üçün münbit atmosfer yaratmaq üçün gələcək addımları müzakirə etdik.
 
Biz həmçinin  tərəflərin müzakirə edə biləcəyi təkliflər barədə fikir mübadiləsi apardıq. Bizim hökumətlər iki ölkənin prezidentləri və ya xarici işlər nazirlərinin münasib zamanda görüşünü təşkil etməyə hazırdır.
 
Biz yaxın gələcəkdə regiona səfər etməyi planlaşdırırıq", – deyə bəyanatda bildirilir. 

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org