Millimizin uzvu 3 klubun hedefinde


[r32]
– xeber –
"Bursaspor" milli komandamızın üzvü Dəniz Yılmazla yollarını ayırır.
Fanat.az xəbər verir ki, dünən "Trabzonspor"la oyuna aparılmayan futbolçu klub rəhbərliyinin və azarkeşlərin qəzəbinə tuş gəlib.
"Adanaspor"la kubok oyunundan sonra tənqid olunan Dəniz vəkili vasitəsi ilə kluba xəbərdarlıq məktubu göndərərək 1milyon lirəlik borcunu tələb etmişdi. Rəhbərlik məcburiyyət qarşısında qalaraq bir gün ərzində onun borcunu taparaq ödəmişdi. Bu isə həm klub rəhbərliyinin, həm də azarkeşlərin qəzəblənməsinə səbəb olub.
Rəhbərlik qış fasiləsində onu yola salmaq istəyir. Dənizin "Bursaspor"la 2019-cu ilədək müqaviləsi var. Anlaşmaya əsasən o, cari mövsümdə 1 milyon 640 min lirə maaş və 26 min 764 lirə matçbaşı almalıdı. Gələn mövsüm üçün isə 1 milyon 900 min lirə maaş və 29 min 414 lirə matçbaşı nəzərdə tutulub. Bursa klubu onunla yollarını ayırmaqla həm də bu yükdən qurtulmaq istəyir.
Artıq Dənizi 3 Super Liqa klubunun heyətinə qatmaq istədiyi bildirilir. Lakin həmin klubun adı açıqlanmır.
Qeyd edək ki, millimizin futbolçusu bu mövsüm "Bursapor"un heyətində 7 rəsmi oyuna çıxaraq 547 dəqiqə oynayıb və kubokda 2 qol vurub.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org