Millimiz reqibini darmadagin edir: 5 qol –


[r32]
– xeber –
16:42/ 20:00
2018-ci ildə Rusiyada təşkil olunacaq futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində bu gün Azərbaycan millisi San-Marino yığmasını qəbul edəcək.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, oyunu monteneqrolu hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Nikola Dabanovic olacaq. Ona həmyerliləri Milutin Djukic və Jovica Tatar kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Pavle Radovanovic yerinə yetirəcək.
Qarşılaşmanın hakim-inspektoru danimarkalı Kaj Ostergaard, komissar isə qazaxıstanlı Oljas Abrayev olacaq.
Azərbaycan-San-Marino oyunu "Bakcell Arena"da saat 20:00-da başlayacaq.
Qeyd edək ki, millimizin yer aldığı "C" qrupunda Almaniya 21 xalla vahid liderdir. Şimali İrlandiya 16 xalla ikinci, Çexiya 9 xalla üçüncü, Norveç 7 xalla dördüncü, Azərbaycan yığması 7 xalla beşinci, hesabında xal olmayan San-Marino isə sonuncu pillədə qərarlaşıb.
***
20:36
Millimizlə San Marino arasında baş tutan görüşdə Əfran İsmayılov 20-ci dəqiqədə qol vuraraq hesabı açıb.
24-cü dəqiqədə isə Araz Abdullayevr qol vuraraq hesabı 2:0 edib.
***
21:25
Millimiz matçın 57-ci dəqiqəsində Əfran İsmayilovun qolu ilə hesab arasındakı fərqi artırdı: 3-0.
***
Görüşün 71-ci dəqiqəsində San-Marinonun oyunçusu Kevoli avtoqola imza atdı: 4-0.
Bundan 2 dəqiqe sonra Palazzi hesab arasındaki fərqi azaltdı: 4-1.
***
81-ci dəqiqədə Rəşad Sadıqovun vurduğu qol ilə hesab arasındakı fərq artdı: 5:1.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org