Millet vekilinin evinden kocen qiz toyuna getmeyib? – Video

12:47 – xeber – Ötən gün millət vəkili Qənirə Paşayevanın himayəsi ilə baş tutan toy mərasimində insident yaşandığı barədə məlumat yayılıb.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, Q.Paşayevanın öz evindən gəlin köçürdüyü, “Ümid yeri” valideyn himayəsindən məhrum uşaqlar üçün sığınacaqda böyüyən Əfsanə toyuna getməkdən imtina edib. Səbəb kimi isə gəlinlik paltarını və ayaqqabısını bəyənmədiyini göstərib.
 
Cəbhə.info-nun yaydığı videoda tanınmış sənətçilərin toya yığışdığı, ancaq gəlinin hələ gəlib çıxmadığı haqda danışıqlar da gedir. Hətta iddiaya görə, toy baş tutmayıb.
 
Hətta gəlinin vizajisti Ülkər Həsənli də sosial şəbəkədə bu gün yaydığı statusunda olaya münasibət bildirib. O yazıb ki, dünən bu gəlini mən bəzəyib yola saldım, gəlinliyi, ayaqqabını özü seçdiyi halda toy günü fikrini dəyişib, 2000 minlik gəlinlik gördüyünü və onu istədiyini deyirdi: “Allah hərənin alnına bir qismət yazır. Onun sığınacaqda böyüməsi onun taleyinə yazılıb. Günahkarı nə mən, nə gəlinlik butikinin sahibəsi və ya ona himayəlik edib, toy edib, ailə sahibi etməyə çalışanlar deyil. Məncə, insan ən azından sağ ol deməyi bacarmalıdır. Bunlar – qız da, nişanlısı da elə davranırdılar ki, sanki hər kəsin bunlara borcu var, sanki bütün cəmiyyət onların belə durumda yaşadıqlarına görə günahkardır”.
 
Maraqlıdır ki, gəlinin toya gəlmədiyini əks etdirən videonun toy mərasiminin keçirildiyi zaldan deyil, hansısa otaqdan çəkildiyi görünür. Halbuki Q.Paşayevanın öz evindən gəlini xüsusi mərasimlə şadlıq sarayına yola saldığı görünür.
 
Axar.az-ın əldə etdiyi məlumata görə, toy yüksək səviyyədə keçirilib. Bu görüntü isə toyun başlanmasından öncə toy karvanının gecikməsi ilə bağlı musiqiçilərin zarafatıdır. Toyun təşkilatçısı, “Ümid yeri” valideyn himayəsindən məhrum uşaqlar üçün sığınacağın rəhbəri Nigar Mənsimova əməkdaşımıza bildirib ki, deyilənlər yalandır, toy yüksək səviyyədə baş tutub. Bu informasiyaların nəyə əsasən yayıldığını isə başa düşmürəm. Arzu edənlər mənim səhifəmdən toyla bağlı foto və videoları izləyə bilərlər”.
 

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org