Millet vekilinden MM-de Turkiye cagirisi

00:01 – xeber – Millət vəkili Qənirə Paşayeva bu gün MM-in iclasında iyunun 2-də Almaniya parlamentində qondarma erməni soyqırımı ilə bağlı nəzərdə tutulan müzakirə və səsvermə barədə çıxış edərək ona etirazını bildirib və MM-in Azərbaycan-Almaniya parlamentlərarası dostluq qrupu tərəfindən Almaniya Bundestaqına, Almaniya parlamentində fəaliyyət göstərən Almaniya-Azərbaycan parlamentlərarası dostluq qrupuna bunun doğru olmamasını özündə əks etdirən etiraz müraciətinin göndərilməsini təklif edib.
 
Q.Paşayeva deyib ki, Azərbaycan-Almaniya parlamentlərarası dostluq qrupu tərəfindən verilən müraciətdə Almaniya parlamentinin qondarma erməni soyqırımı yalanlarını müzakirəyə və səsverməyə çıxarmaqla bu yalanları dəstəkləməsinin böyük təəssüf və narahatlıq doğurduğu əksini tapmalıdır: "Eyni zamanda vurğulanmalıdır ki, bu addım Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində ATƏT-in Minsk Qrupunun üzvü olan Almaniyanın neytral, obyektiv mövqe sərgiləyəcəyinə böyük zərbədir və Almaniya parlamentinin üzvləri qondarma erməni soyqırımı yalanlarını dəstəkləməməlidir. Mən təklif edirəm ki, Azərbaycan-Almaniya parlamentlərarası dostluq qrupunun üzvləri almaniyalı həmkarlarına müraciət edərək bu prosesin qarşısını almağa çalışsınlar. Müraciətdə bildirilməlidir ki, Almaniya Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ilə bağlı yaradılan ATƏT Minsk Qrupunun üzvlərindən biridir və belə bir qərarın Bundestaqında qəbul edilməsi bu ölkənin münaqişənin həllindəki mövqeyinə zərbə vuracaq. Və ona görə də belə bir qərarın qəbul olunmasının qarşısı alınmalıdır."

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org