Millet vekili universitet rehberi ile gorusdu – Foto

13:14 – xeber – Millət vəkili Qənirə Paşayeva və Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova Niğde  Universitetinin rektoru Adnan Görür  ilə görüşüb.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, görüşdə çıxış edən Adnan Görür Azərbaycanla əməkdaşlıqdan böyük məmnuniyyət duyduğuqlarını, universitetdə təhsil alan azərbaycanlı tələbələrin hər il daha da artması üçün çalışdıqlarını deyib.
 
Qənirə Paşayeva da öz növbəsində Niğde Universiteti ilə ölkəmizin ali təhsil müəssisələri arasında əməkdaşlığın daha da genişlənməsinin müsbət hal olduğunu qeyd edərək yaradılan hər cür şəraitə görə təşəkkürünü bildirib.
 
Millət vəkili rektora Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ münaqişəsi, Xocalı Soyqırımı ilə bağlı geniş məlumatlar verib, bu istiqamətdə fikir mübadiləsi aparılıb.
 
Millət vəkili Niğde Universitetində Azərbaycan, Qarabağ mərkəzinin açılması təklifi ilə çıxış edib. O bildirib ki, belə bir mərkəzin olması türk kökənli gənclərimiz və burada təhsil alan xarici tələbələrə həqiqətlərimizin daha geniş və doğru çatdırılması üçün də çox önəmlidir.
 
Millət vəkili mərkəz üçün lazım olan kitab, material, sənədli filmlərin rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB tərəfindən Universitetə hədiyyə ediləcəyini diqqətə çatdırıb. Eyni zamanda Qənirə Paşayeva Adnan Görürə Azərbaycan mədəniyyəti, tarixinə dair materiallar, həmçinin özünün müəllifi olduğu “Qarabağ hekayələri” kitabını hədiyyə edib.
 
Görüş zamanı Azərbaycan-Türkiyə münasibətləri, bölgədə getdikcə daha da gərginləşən vəziyyət, türk dünyasının problemləri ətrafında söhbət aparılıb.
 
Qənirə Paşayeva Adnan Görürü Azərbaycana dəvət edib.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org