Millet vekili turkman liderle gorusdu – Video


[r32]
– xeber –
18:08
Millət vəkili Qənirə Paşayeva Bağdadda İraq Türkman Cəbhəsini ziyarət edib və onun lideri Ərşad Salehi ilə görüşüb.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, görüşdə İraqdakı vəziyyət, bu ölkədə yaşayan türkmanların durumu, Azərbaycanla İraq arasında münasibətlərin inkişafı istiqamətində mövcud olan potensial barədə fikir mübadiləsi aparılıb.
Azərbaycanı qardaş ölkə adlandıran Ərşad Salehi İraqda türkmanların üzləşdikləri problemlər, onların öz evlərindən köçkün düşmələri, həyatlarını itirmələri, beynəlxalq ictimaiyyətin bu məsələyə biganə münasibəti barədə fikirlərini bölüşüb və türk toplumlarından, diaspor təşkilatlarından daha çox dəstək gözlədiklərini bildirib:
“Özəlliklə, son aylar İŞİD tərəfindən İraqda həyata keçirilən insanlıq dramı və İraqda türkmanların vəziyyətinin daha da gərginləşməsi bizi dərindən narahat etmişdi. İraqda İŞİD-lə mübrizədə əldə edilən nailiyyətlər, bu istiqamətdə vəziyyətin düzəlməsi, türkman soydaşlarımızın yaşadığı acıların azalması üzüntümüzü bir az da olsa, azaltdı. Bu hadisələr zamanı qətlə yetirilən türkman qardaşlarımıza Allahdan rəhmət, yaxınlarına səbr diləyirik”.
Görüşün sonunda millət vəkili təşkilat rəhbərlərinə Qarabağ problemi ilə bağlı son durumdan da danışıb və Xocalı soyqırımının tanınması məsələsinin İraq Parlamentinin müzakirəsinə çıxarılmasının vacibliyini vurğulayıb. Q.Paşayeva bildirib ki, bu istiqamətdə türkman millət vəkillərinin ciddi dəstək və səylərinə böyük ehtiyac var.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org