Millet vekili “Rembo” ile gorusdu

12:45 – xeber – Bu gün Mərkəzi Hərbi Hospitalda aprel döyüşlərində ağır yaralanaraq müalicə olunan Mingəçevir sakini Rahim Tağıyevi ziyarət etdim.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu barədə millət vəkili Aydın Mirzəzadə yazıb. Deputat döyüşlərdə qəhrəmanlıqla vuruşan, aprelin 4-də başından ağır yaralanan Rahim Tağıyevlə yanaşı, bir neçə hərbiçimizə də baş çəkib:
 
“Cərrahiyyə əməliyyatlarından sonra reanimasiyada olub. Hazırda ona böyük diqqət göstərilir, Rahimi əməliyyat edən və gündəlik nəzarət edən həkim dəfələrlə xaricdə təcrübə keçən, professional həkimlərimizdəndir. Palatada qəhrəmanımızla birgə yatan başqa bir gizir və əsgərlə də söhbət etdim. Əhval-ruhiyyələri yüksəkdir, valideynləri ilə görüşlərinə daim şərait yaradılır. Həmçinin qonşu palatada müalicə olunan “Rembo” ləqəbli hərbiçimizlə də görüşdüm, onun da müalicəsi yaxşı gedir.
 
Palatada mənimlə birgə olan baş həkim polkovnik-leytenant Tofiq Tağıyev və tibbi personalın öz işlərinə məsuliyyətlə yanaşdıqları hiss edilirdi. Hətta bir tibb bacısı aprel günlərində öz təşəbbüsü və təkidi ilə düz 27 gün palatalarda ağır yaralıların yanında qalıb, onlara qulluq edib, ev yeməyi belə bişirib.
 
Sonradan Rahimin ailəsinə zəng edərək onlarla bu barədə danışdım və yaralının müalicəsinin ciddi nəzarətdə olduğunu söylədim”.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org