Millet vekili Qaziantepde: konfrans kecirildi


[r32]
– xeber –
Millət vəkili Qənirə Paşayeva Türkiyənin ən böyük vilayətlərindən olan Qaziantepdə “Türk dünyası, Türkiyə-Azərbaycan əlaqələri və Qarabağ problemi” mövzusunda konfranslar keçirib.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, millət vəkili Qaziantep bələdiyyə başqanı Fatma Şahinlə görüşüb.
Azərbaycanla Türkiyənin bəzi şəhər və bələdiyyələrinin qardaşlaşmasının vacibliyini bildirən millət vəkili görüş zamanı Dağlıq Qarabağ problemi, Xocalı soyqırımı, qondarma erməni soyqırımı iddiaları ilə bağlı fikir mübadiləsi aparıb.
Q.Paşayevanın Qaziantepdə Azərbaycan küçəsi və Qarabağ parkı təklifini bələdiyyə başqanı tərəfindən dəstəklənib.
Ölkəmizi çox sevdiyini deyən bələdiyyə başqanı Türkiyənin Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm verdiyini bildirib.
O, həmçinin qardaş bələdiyyələr məsələsi ilə bağlı addımlar atılacağını, Türkiyənin hər zaman qardaş Azərbaycanın yanında olduğunu bildirib.
Bələdiyyə başqanı Qənirə Paşayevanın Qaziantepdə konfrans keçirməsinin gənclər üçün önəmini xüsusilə vurğulayaraq, millət vəkilini yaxın zamanlarda təkrar Qaziantepə dəvət edib.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org