Millet vekili: “Milyardlarin hara getdiyini soranlar…”

16:07 – xeber – Sovetlər Birliyinin konstitusiyası insanların ən ümdə hüquq və azadlıqlarına təminat verirdi, lakin bizim ölkə də daxil, müttəfiq respublikaların heç birində qazla təminat 50 faizə çatmırdı.Dünyanın üçdə birinə ağalıq edən imperiyadan fərqli olaraq, konstitusiyasız Britaniyada vətəndaşlar evlərində daimi istiliklə təmin olunmuşdular.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri millət vəkili Zahid Oruc Bərdənin Hacallı kəndində qaz açılışı zamanı deyib. Z.Orucun sözlərinə görə, ölkə rəhbərinin tapşırığı ilə növbəti bir kəndə – Hacallıya mavi yanacağın verilməsi əlamətdar hadisəyə çevrildi:
 
“25 yaşlı müstəqil Azərbaycanın güclü lideri İlham Əliyevin qəbul etdiyi proqramlar sayəsində Qarabağın mühüm bölgələrindən – hərbi mövqeyinə görə istehkamlarından biri olan Bərdə rayonunda insanlar yenidən alovlanan məşəlin işığına toplaşmışdılar. Bir tərəfdən insanlar uzun müddətdir çətinlik çəkdikləri  “isti ocaq” problemindən qurtuldular, o biri yandan “neftçilər günü”ndə Azərbaycanın yeraltı sərvəti imam torpağı olan Bərdəyə – onun qədirbilən sakinlərinə çatdırıldı.
 
Yalnız müharibə ocağına yarayan neftin tarixən və indi bir çox xalqlara bəla gətirdiyini nəzərə alsaq, onda dövlətimizə və ulu öndərimizə dua etməyi hər birimiz üçün mənəvi borc saymalıyıq. Çünki yeraltı zənginliklərin bütün xalqa məxsus olduğununa dair məlum trafaretini müxtəlif tribunalardan səsləndirənlər, yaxud yüz milyarddan artıq gəlirin hara yönəldiyini soranlar dünyada neftin necə böyük bəlalara  səbəb olduğunu da vurğulamağı unutmasınlar.
 
Neft və qazın həqiqi sahibinə o xalq çevrilir ki, o sərvətlərdən ölkənin və hər bir vətəndaşın belindən asılan möhkəm kəmər düzəldə bilsin! Evində istiliyi, suyu, işığı və digər təminatları olan vətəndaş ən ideal və müqəddəs ayələrlə yazılmış konstitusiyalardan üstündür”.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org