Millet vekili İordaniya bas naziri ile gorusdu

16:51 – xeber – Millət vəkili Qənirə Paşayeva İordaniyanın baş naziri Abdullah Ensurla görüşüb.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, görüş zamanı Q.Paşayeva İordaniyanın Azərbaycan üçün dost, qardaş ölkə olduğunu və Azərbaycan xalqının da İordaniyanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı Azərbaycana hər zaman verdiyi dəstəyi yüksək dəyərləndirdiyini deyib.
 
Azərbaycan prezidentinin və parlamentinin hər zaman dost İordaniya ilə münasibətlərin inkişafına böyük önəm verdiyini və bütün istiqamətlərdə ikitərəfli münasibətlərimizin inkişaf etdiyini deyən millət vəkili İordaniya Senatının Xocalı soyqırımını tanıması,Ermənistanın insanlıq əleyhinə yönəlmiş bu vandalizm hərəkətlərini qətiyyətlə pisləməsi ilə bağlı qəbul etdiyi sənədi, bəyənatı Azərbaycan xalqının yüksək qiymətləndirdiyini deyib və hər zaman bu dəstəyin davamlı olaraq daha da güclənəcəyinə inandığını deyib. 
 
Millət vəkili Azərbaycanın da bütün beynəlxalq platformalarda hər zaman  İordaniyaya böyük dəstək verdiyini xüsusi vurğulayaraq baş nazir Abdullah Ensura Dağlıq Qarabağ münaqişəsi ətrafında son vəziyyət, Ermənistanın bölgədə davam edən təxribatları və Azərbaycanın bölgədə və dünyada Ermənistanın təxribatlarına qarşı mübarizəsi, əldə olunan nəticələr barədə də baş nazirə geniş məlumat verib və fikir mübadiləsi aparılıb.
 
Dost Azərbaycanı və onun İordaniyaya dəstəyini hər zaman yüksək qiymətləndirdiklərini deyən İordaniyanın  baş naziri  Abdullah Ensur münasibətlərimizin daha da inkişafı bizi məmnun edir və əməkdaşlığımızı bütün istiqamətlərdə bundan sonra da daha genişləndirilməsi istqamətində çalışmalarımızı artırmalıyıq deyib və Azərbaycan Prezidenti İlham Əliyevlə İstanbulda keçirilən beynəxalq tədbir çərçivəsində görüşdüklərini və dost Azərbaycanla bütün istiqamətlərdə münasibətlərimizin daha da inkişafının çox önəmli olduğunu deyib.
 
Dağlıq Qarabağ münaqişəsi ilə bağlı İordaniyanın birmənalı mövqeyi olduğunu və bunun heç bir zaman dəyişməyəcəyini deyən İordaniya baş naziri Abdullah Ensour bundan sonra da hər zaman qardaş Azərbaycanın yanında olacaqlarını bildirib.
 
Qənirə Paşayeva İordaniya baş naziri  Abdullah Ensura rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nın hazırladığı və içərisində Qarabağ həqiqətlərini, erməni yalanlarını əks etdirən sənədli filmlərin olduğu “Azərbaycan həqiqətləri” filmləri kataloqunu da hədiyyə edib. Azərbaycanın İordaniyadakı səfiri Sabir Ağabəyov iştirakı ilə keçən görüşdə Azərbaycan-İordaniya münasibətləri ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org