Millet vekili: “Bu qeder pul niye xarice axmalidir?”

12:13 – xeber – Millət vəkili Qənirə Paşayeva dünən Milli Məclisdə əlillər, autizmli xəstələr və göz əməliyyatları ilə bağlı vacib təkliflərlə çıxış edərək əlillərin işlə təminatındakı problemlərdən və qanunvericiliyi yerinə yetirməyərək əlilləri işə götürməyən müəssisə, qurum və şirkətlərə qarşı cəza tədbirlərinin sərtləşdirilməsini irəli sürüb.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, millət vəkili əlillərin işlə təminatı və məşğulluğu sahəsində həllini gözləyən ciddi problemlərin olduğunu bildirib:
 
“Məşğulluq haqqında qanuna görə əlillərin işlə təminatı üçün kvota qoyulub. Çox təəssüf ki, bir sıra müəssisə, təşkilat və şirkətlər var ki, qanunun bu müddəasını lazımı şəkildə yerinə yetirmir və əlilləri işə götürməkdən imtina edirlər. Qanunvericiliyi bu istiqamətdə mütəmadi pozanlara cəza mexanizmləri daha sərt olmalıdır. Bəzi qanunlarımızda onların hüquqlarının daha möhkəm müdafiəsi istiqamətində əlavə və dəyişikliklər etməliyik. Əlillərin işlə təminatı ilə bağlı tələblərin yerinə yetirilməsi istiqamətində nəzarət mexanizmləri ciddi şəkildə gücləndirilməlidir. MM-də hökumətin hesabatı zamanı məşğulluq haqqında qanunun necə yerinə yetirilməsi, bunu yerinə yetirməyənlərə qarşı görülən tədbirlər, daha çox hansı qurumların bu istiqamətdə qanunu pozması, onlara qarşı görülən tədbirlərlə bağlı məsələlər də öz əksini tapsa, yaxşı olardı”.
 
Q.Paşayeva həmçinin görmə imkanları məhdud gənclərin işlə təminatındakı problemlərə də toxunub və ali təhsil almış bu cür gənclərə xüsusi diqqət ayırmağa çağırıb.
 
O, Təhsil naziri Mikayıl Cabbarova xahiş çağırışı da səsləndirib:
 
”Müəllim ixtisası üzrə universitetləri bitirmiş bir neçə görmə imkanı məhdud olan gənc bir neçə gün əvvəl bununla bağlı mənə müraciət etmişdi və həmin gənclərlə görüşüb, geniş söhbət etdik. Onların müəllim kimi işlə təminatı çox vacib məsələdir və ümid edirik ki, bu qrup gənc mütəxəssislər işlə təmin olunacaq”.
 
Deputat “əlillər və əlillərin reablitasiyası” ilə bağlı qanunun qəbulunun vacibliyindən danışıb:
 
“Sosial Siyasət komitəsində “əlillər və əlillərin reablitasiyası” ilə bağlı qanun layihəsi hazırlanırdı. Yaxşı olardı ki, həmin layihə payız sessiyasında müzakirəyə çıxarılsın. Bu istiqamətdə qanunun qəbulu onların həllinə böyük təsir göstərə bilər”.
 
Millət vəkili daha önəmli bir məsələnin – autizmli xəstələrin problemləri və onlara dəstək göstərilməsi ilə bağlı məsələlərin qanunvericilikdə öz həllini tapmasının vacibliyini vurğulayıb:
 
“Buynuz qişanın köçürülməsi üçün toxumanın ölkəyə gətirilməsində ortaya çıxan problemlər üzündən bu əməliyyatlar aparıla bilmir və vətəndaşlar xaricə üz tutmaq məcburiyyətində qalır. Halbuki Zərifə Əliyeva adına Göz İnstitunda bu əməliyyatı keçirmək üçün bütün imkanlar və yaxşı mütəxəssislər var. Nə üçün bu qədər pul xaricə getməlidir? Axı qanunvericilikdə buynuz qişanın köçürülməsi üçün toxumanın ölkəyə gətirilməsi qadağan edilmir. Hesab edirəm ki, bəzi qanunlara əlavələr etməklə və icra orqanları səviyyəsində bu məsələnin qısa zamanda həllini tapması çox vacibdir”.
 
Bunlarla yanaşı, Əli Bəy Hüseynzadənin qəbrinin yüksək səviyyədə abadlaşdırılması və ona abidənin qoyulması təklifi ilə çıxış edən deputat  Türkiyədə Əli Bəy Hüseynzadənin qızı ilə görüşdüyünü qeyd edib:
 
“Dahi şəxsiyyətin övladı heç bir qarşılıq gözləmədən təmənnasız Əli Bəy Hüseynzadədən qalan qiymətli rəsmlərini, əsərlərini, sənədləri, istifadə etdiyi avadanlıq və əşyaları Azərbaycan dövlətinə hədiyyə edib və indi onun ölkəmizə gətirilməsi istiqamətində işlər görülür. Əli Bəy Hüseynzadənin dəyərli övladının bu cür addımı yüksək qiymətləndirilir. Azərbaycan dahisinin İstanbuldakı məzarı yüksək səviyyədə abadlaşdırılmalı, Əli bəyə bir abidə ucaldılmalıdır”.
 
Nuri Paşanın rəhbərliyi altında Bakının erməni daşnakları və onların havadarlarının törətdiyi dəhşətli cinayətlərdən xilas olmasının 100 illiyinin yaxınlaşdığını deyən millət vəkili bu münasibətlə Bakıda Nuri Paşaya abidə qoyulmasını təklif edib.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org