Millet vekili bayrami esgerlerle kecirdi – Foto


[r32]
– xeber –
Millət vəkili Qənirə Paşayeva Qurban bayramı münasibətilə Tovuz rayonunda, Ermənistanla ön cəbhədə yerləşən “N” saylı hərbi hissədə əsgərlərlə görüşüb.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, əsgər və zabitlər qarşısında çıxış edən millət vəkili Qənirə Paşayeva Qurban bayramının hikmətlərindən danışıb, bildirib ki, hər bir azərbaycanlının ən böyük arzusu Ermənistanın işğalı altında olan torpaqlarımızın işğaldan azad olunması və bayrağımızın Dağlıq Qarabağımızda da dalğalanmasıdır:
“Bunun üçün hər birimiz üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik. Mən inanıram ki, o gün uzaqda deyil və biz Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızı işğaldan azad edəcəyik və bayrağımız o gözəl torpaqlarımızda da dalğalanacaq və o gözəl bölgələrimizdə də, bu gün Cocuq Mərcanlıda olduğu kimi, Qurban bayramını qeyd edəcəyik. Aprel döyüşləri və zəfəri bir daha bütün dünyaya ordumuzun artan gücünü göstərdi. Dostlar sevindi, düşmənlər ciddi təşvişə düşdülər. Ordumuzun daha da inkişafı istiqamətində böyük işlər görülür və inşallah, ordumuz bundan da güclü olacaq. Sizin Vətənimizi qorumaq istiqamətində ruh yüksəkliyiniz isə xüsusi əhəmiyyət daşıyır. İnşallah torpaqlarımızı işğldan azad edib, bayramlarımızı əsl bayram kimi bütün torpaqlarımızda sevinclə qeyd edəcəyik. Allah bu yolda dövlətimizə, millətimizə və ordumuza yardımçı olsun!”
Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov da əsgər və zabitləri bayram münasibəti ilə təbrik edib, Ali Baş Komandanın rəhbərliyi ilə ordu quruculuğunda görülən işləri xüsusi vurğulayıb.
Daha sonra xidmətdə fərqlənən əsgər və zabitlərə hədiyyələr və millət vəkili Qənirə Paşayevanın müəllifi olduğu kitablar təqdim edilib. Q.Paşayeva yeni çapdan çıxmış kitabının ilk nüsxələrini məhz əsgər və zabitlərə hədiyyə etmək istədiyini deyib və onlara kitabları hədiyyə etməkdən məmun olduğunu deyib. Tədbir bədii hissə ilə davam edib.
Millət vəkili Q.Paşayeva və Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov hərbiçilərimizlə və övladları xidmət edən bəzi valideynlərlə də görüşüblər. Valideynlər övladlarının hərbi xidmətindən və yaradılmış şəraitdən razılıq ediblər.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org