Millet vekili: “Allaha dua edirdik ki…” – Foto

12:07 – xeber – Aprel döyüşlərində şəhid olmuş Səyyar Quliyevin qız övladı dünyaya gəlib.
 
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, millət vəkili Qənirə Paşayeva şəhidimizin dünyaya yenicə gələn körpəsini xəstəxanada ziyarət edib və gözaydınlğı verib:
 
“Xoş gəldin gözəl, Zeynəb! Şəhid atan səni görməsə də, hamımız bilirik ki, onun ruhu sənin dünyaya gəlişinə hamıdan çox sevinir və hər zaman sənin yanında olacaq. Zeynəb ana bətnində 4 aylıq olanda, atası Aprel döyüşlərində şəhid olmuşdu. İlk övladını görmədən onun üçün, onun böyüyəcəyi Vətənimiz üçün, millətimiz üçün şəhid olmuşdu. Gənc həyat yoldaşı üçün çox çətin idi və o zaman onunla uzun bir söhbət etmişdik və söyləmişdim ki, övladın doğulanda, şəhidimizin gül parçasını qolların arasına alıb qoxlayanda o sənə güc verəcək. Neçə aydı Zeynəbi gözləyirdik və onun sağlam doğulması üçün Allaha dua edirdik. Maşallah, gözəl bir qız doğulub, həkimlərimizə təşəkkür edirik. Anası deyir ki, gözləri atasının gözlərdir və Zeynəb atasına oxşayır. Şəhidimizin həyat yoldaşı və anası Zeynəbin doğulması ilə az da olsa, bir təsəlli tapıblar. Aylar sonra şəhidimizin gözəl xanımının üzünün güldüyünü gördüm. Zeynəb özü ilə bu gözəl ailəyə yenidən sevinc gətirib. Bu gün mələk Zeynəbi xəstəxanada ziyarət etdik,  doyunca öpdük əllərindən, gözəl yanaqlarından və Allahdan sağ-salamat, mutlu böyüməsini dua etdik. Şəhidimizin gözəl xanımını, gözəl Zeynəbimizin əziz anasını, nənəsini və bütün ailəsini təbrik edirəm. İnanıram ki, Zeynəb şəhid atasının adına layiq gözəl bir övlad olacaq, hər zaman onun ruhunu şad edəcək və anasına gözəl bir övlad, nənəsinə ağıllı nəvə olacaq. Mutlu ol əziz Zeynəb!”.
 
Qeyd edək ki, Aprel döyüşlərində şəhid olan Səyyar Quliyev Knyaz oğlu Azərbaycan Ordusunun müddətdən artıq hərbi qulluqçusu, kiçik çavuş olub.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org