Millət vəkili: “Prezidentin yekun sozu…”

10:07 – xeber – Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bir sıra ciddi məqamlara toxunub. Prezidentin valyuta ehtiyatlarının qorunması, vergi bazasının genişləndirilməsi və maliyyə nəzarəti sahəsində verdiyi tapşırıqlar mühüm əhəmiyyət kəsb edir.
 
Bu barədə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Əli Məsimlinin fikirlərini öyrəndik. Axar.az millət vəkili ilə müsahibəni təqdim edir:
 
– Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası necə qiymətləndirirsiz?
 
– Prezidenti İlham Əliyev ötən il ölkədə görülən işlərlə yanaşı, neftin qiymətinin kəskin surətdə aşağı düşməsi ilə əlaqədar yaranmış problemləri və vəziyyətdən az itki ilə çıxmaq üçün zəruri addımları qeyd etdi. Onların arasında islahatların dərinləşdirilməsi, o cümlədən, ciddi struktur islahatlarının həyata keçirilməsi, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, bundan ötrü kənd təsərrüfatı, sənaye və xidmət sektoruna xarici sərmayəni cəlb etmək sahəsində səylərin artırılması, biznes mühitinin yaxşılaşdırılması istiqamətində əlavə tədbirlərin görülməsi, sahibkarlara güzəştli kreditlərin verilməsinin təmini, əmək haqqı və pensiyaların qaldırılması, vergi bazasının genişləndirilməsi, gömrük sahəsinin rəsmiləşdirilməsi və bütün idxal-ixrac əməliyyatlarında şəffaflığın təmin edilməsi, maliyyə nəzarətinin gücləndirilməsi, ictimai nəzarət mexanizmlərinin işə salınması kimi çox aktual məsələlər var. Bu baxımdan prezidentin son müşavirədəki yekun sözü zamanı irəli sürdüyü tezislər  hökumətə anti-böhran proqramı hazırlayıb həyata keçirməkdən ötrü mühüm istiqamət və zəngin materiallar verdi.
 
– Prezident vurğuladı ki, qeyri-neft sektorunun inkişafı 2016-cı ildə iqtisadi sahədə əsas prioritet olacaq. Biznes mühitinin yaxşılaşdırılması istiqamətində əlavə tədbirlər görülməli, dövlət qurumları – həm mərkəzi dövlət orqanları, həm yerlərdəki icra orqanları iş adamları üçün bütün şərait yaratmalıdırlar. Bunun üçün hansı mühüm addımlar atılacaq?
 
– Azərbaycanda 2010-cu ildə neft hasilatı pik nöqtəyə çataraq 50,8 milyon ton təşkil edib. Amma sonrakı illərdə tədricən aşağı düşərək 2015-ci ildə 41,6 milyon tona enib və ya 22 faiz təşkil edib. Bununla yanaşı son illər dünya bazarında neftin qiyməti 3,8 dəfə aşağı düşüb. Nəticədə Azərbaycanın gəlirləri kəskin surətdə azalıb. Azərbaycanda son illər qeyri-neft sektoru ildə 8-9 faiz artımla yüksək dinamizm göstərir. Amma bu işə gec başlanıldığından, hələlik qeyri-neft sektorundan gələn gəlirlər neftdən daxil olan gəlirlərin azalmasını kompensasiya edə bilmir. Ona görə də qeyri-neft sektorunun inkişafını sürətləndirmək, artımın keyfiyyətini yüksəltmək və daha çox əlavə dəyər gətirə bilən sahələrin inkişafına diqqəti artırmaq lazımdır. Bunun magistral yolu iqtisadiyyatda köklü srtuktur islahatlarının həyata keçirilməsindən keçir. Qeyri-neft sektoruna daxili və xarici sərmayələrin cəlb edilməsinin təşviqləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması istiqamətində əlavə tədbirlər görülməli, sahibkarlara güzəştli kreditlər verilməli, bank kreditlərinin əhəmiyyətli hissəsinin qeyri-neft sektoruna yönəldilməsi, faiz dərəcələrinin aşağı salınması işinin sürətləndirilməsi kimi tədbirlər xüsusi əhəmiyyət kəsb edir.
 
– Hətta prezident çıxışında rayonlarda sənaye sahəsində ciddi işlərin aparılması barədə də göstərişlər verdi. Qeyd edildi ki, rayon əhalisi  dotasiya ilə yaşamamalı və özlərini iqtisadi cəhətdən təmin etməyi bacarmalıdırlar. Bununla bağlı fikirləriniz maraqlı olardı.
 
– Təbii ki, regionlarda iqtisadi fəallığın artırılmasına imkan verən addımlar atılmalıdır. Sahibkarlığın, xüsusən də kiçik və orta sahibkarlığın qarşısında duran maneələr aradan qaldrılmalıdır. Texnopark, sənaye klasterləri, bütün regionlarda sənaye zonalarının yaradılması sürətləndirilməlidir. Yox, əgər bu problemin köklü həllindən söhbət gedirsə, onda rayonların idarə edilməsi sistemi köklü surətdə dəyişdirilməli, bir sıra yerli icra strukturlarının yarıtmaz fəaliyyəti ucbatndan bölgələrdə olan-qalanın da talanması üsullarından insanların, ölkə əhalisinin güzəranının yaxşılaşdırılması üsullarının tətbiqinə keçilməlidir.
 
– Əli müəllim, ümumiyyətlə son müşavirədə bu il çox ciddi islahatların olacağı vurğulandı. Bu, xüsusən hansı sahələri əhatə edəcək? Vergi sahəsində dəyişikliklər gözlənilirmi?
 
– Neftin qiymətinin aşağı düşməsi nəticəsində yaranan vəziyyətdən az itki ilə çıxmaqdan ötrü hökumət müxtəlif addımlar atacaq. Daha çox idarəetmə sahəsində struktur islahatlarına üstünlük veriləcək. Dövlət qurumlarının bəziləri  ləğv olacaq, digərləri birləşdiriləcək, nazirliklərdəki bir-birini təkrarlayan paralel alt qurumlar aradan qaldırılacaq. İşçilərin bir hissəsi ixtisar olunacaq və s. Vergi sahəsinə gəldikdə isə burada həm şəffaflığın artırılması, həm qiymət artımını səngitməkdən ötrü, həm də bəzi əlavə stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi gözləniləndir.
 
– Bildiyiniz kimi, Rusiyada Azərbaycan məhsullarına indi daha çox tələbat var. Eyni zamanda, Qazaxıstan, Yaxın Şərq ölkələri də Azərbaycan üçün əlverişli bazarlardır. Qeyri-neft sektorunun ixrac imkanlarının genişləndirilməsi hesabına aqrar sferada əsas prioritetlər nədən ibarət olacaq?
 
– Dövlət aqrar sektorun inkişafına xeyli diqqət yetirir. Kənd təsərrüfatı torpaq vergisi istisna olmaqla qalan bütün vergilərdən azaddır. Aqrar sahədə, xüsusən taxılçılıqda subsidiya mexanizmi tətbiq olunur. Gübrələr güzəştlə verilir. Son zamanlar texnikanın da nisbətən güzəştlə verilməsi sahəsində addımlar atılmağa başlayıb. Bünun nəticəsində əhalinin yerli mallarla təminatında müəyyən müsbət nəticələr əldə olunub. Bütün bunlara baxmayaraq, hələlik Azərbaycanın kənd təsərrüfatının göstəriciləri ölkəmizin bu sahədəki real potensialı səviyyəsindən çox aşağıdır. Biz adambaşına ildə təqribən 600 manatlıq, ayda 50 manatlıq, gündə 1 manat 70 qəpiklik kənd təsərrüfatı məhsulu istehsal edirik ki, bu da həmin sahənin potensial imkanları fonunda çox acınacaqlı rəqəmlərdir. Ona görə də torpaq islahatlarının yeni mərhələsi başlamalı, torpaqdan istifadənin səmərəliliyinin artırılması istiqamətində təsirli tədbirlər görülməli, kəndliyə normal fəaliyyət üçün əlçatan faizlərlə güzəştli kreditlər verilməli və əlavə güzəştlər edilməlidir. Kooperativ hərakat başlamalıdır. Bu, kənd təsərrüfatı və onunla bağlı sahələrdə istehsalın genişlənməsinə, kəndlinin min bir zəhmətlə istehsal etdiyi məhsulun vətəndaşların süfrəsinə gedənə qədər olan yolda böyük itkilərin qarşısının alınmasında, yerli məhsullar hesabına təlabatımızın daha çox hissəsini real şəkildə ödəməyə, həm də ənənəvi xarici bazarlarla yanaşı, sizin dediyiniz kimi, yeni bazarlara da xeyli əlavə kənd təsərrüfatı və onun emalı nəticəsində yaranan məhsul çıxarmağa imkan verəcək. Bu halda kənd əhalisi varlanacaq, əhalinin digər hissəsi isə normal qiymətlərlə yerli məhsullar ala biləcəklər.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org