Millət vəkili 88 yasli muəllimini ziyarət etdi

22:21 – xeber – Millət vəkili, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev məşhur filosof, fəlsəfə elmlər doktoru, professor Camal Mustafayevi evində ziyarət edib.

Musavat.com xəbər verir ki, 88 yaşlı professor artıq 4 ildir hərəkət qabiliyyətini itirib.
 
Millət vəkili Azay Quliyev qocaman professorun səhhəti, ailəsinin mənzil-məişət şəraiti ilə maraqlanıb. Deputatı olduğu Binəqədi rayonunun (C.Mustafayev Binəqədi rayonunun sakinidir) müvafiq qurumları ilə yerindəcə əlaqə saxlayaraq, mövcud problemlərin aradan qaldırılması üçün məsələ qaldırıb.
 
Görüşdə iştirak edən “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal saytımıza açıqlamasında bildirib ki, Camal Mustafayevlə millət vəkili  Azay Quliyevi səmimi tellər bağlayır: “Camal müəllim Azay Quliyevin müəllimi olub.  Azay müəllim hər zaman vurğulayır ki, onun elmi sahəyə istiqamətlənməsində Camal Mustafayevin böyük rolu olub. Azay Quliyev görkəmli filosofun bilavasitə təklifi və dəstəyi ilə Zərdüşt dini və Avesta haqqında yaxından maraqlanmağa və araşdırmalara başlayıb. Bu gün bu iki insanın görüşünə, ünsiyyətinə – müəllimin tələbəsinə fəxr dolu baxışlarına, tələbənin müəlliminə göstərdiyi vəfa borcuna məmnunluqla şahidlik etdim. Dünya yaxşılardan və yaxşılıqdan xali deyil. Bu yaxşılıq, bu müdriklik də nəsillərdən nəsillərə ötürülür. Ulu Tanrı düha sahiblərini, aydınları, yaxşıları xalqımızdan əksik etməsin”.

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org