Milad gunu Fransani 100 min polis qoruyacaq


[r32]
– xeber –
Fransada Milad və Yeni il bayramlarının gedişində asayişin təmin edilməsinə polisin və təhlükəsizlik xidmətinin 100 minə yaxın əməkdaşı cəlb olunacaq.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi müxtəlif ekstremist hücumlar və terror təhlükəsi ehtimalının kifayət qədər yüksək olaraq qalması ilə bağlıdır. Nazirlik bildirib ki, bayram günlərində təhlükəsizliyi 97 min asayiş keşikçisi qoruyacaq.
Xatırladaq ki, oktyabrın sonlarında Fransa Prezidenti Emanuel Makron 2015-ci ildə Parisdə törədilmiş silsilə terror aktlarından sonra ölkədə tətbiq olunan fövqəladə vəziyyət rejimini ləğv edib. Bununla eyni vaxtda, o, terrorizmlə mübarizənin genişləndirilməsi haqqında qanunu imzalayıb. Bu qanun ekstremizmə qarşı mübarizədə polisə daha geniş səlahiyyətlər verir.
2015-ci il noyabrın 13-də Parisdə silsilə terror aktları nəticəsində 130 nəfər həlak olmuş, 350-dən çox insan yaralanmışdı.

axar.az

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org