Mikayil: "Kamranla aramizda isti munasibet var"

4 May 2016 13:29 – xeber –
Space TV-də yayımlanan "Sevimli mahnı" verilişinin aparıcısı Mikayıl Güləddinoğlu aparıcı Kamran Həsənlinin onun haqqında səsləndirdiyi xoşagəlməz fikirlərlə bağlı açıqlama verib.
Olkem.az big.az-a istiandən xəbər verir ki, M.Güləddinoğlu bildirib ki, K.Həsənli sözügedən müsahibədə onun və verilişi haqqında heç bir mənfi fikir səsləndirməyib:
"Kamrana zəng vurdum və soruşdum ki, mənim verilişim haqqında tənqidi fikirlər səsləndirmisən? O da cavabında bildirdi ki, müsahibədə sənin və verilişinin adını çəkməmişəm. Sadəcə televiziyalar haqqında ümumi danışmışam, "Sevimli şou" verilişinin adını çəkməmişəm. Kamran mənə dedi ki, söhbət şişirdilib. Əslində, mən Kamrana inanıram. Çünki bizim aramızda isti münasibət var. Hər dəfə bir-birimizi görəndə öpüşüb, görüşürük. İnanmadım, özünə zəng etdim, o da mənə hər şeyi izah etdi".
Xatırladaq ki, tanınmış teleaparıcı K.Həsənli qafqazinfo-ya müsahibəsində "Sevimli mahnı" verilişini, o cümlədən verilişin aparıcısı Mikayıl Güləddinoğlunu tənqid edib.
K.Həsənli bildirib ki, o verilişdə insanların etdikləri sadəcə televiziyaya yox, millətə qara ləkədir:
"Bu gün "Space"də bir veriliş gedir. Adı dəyişdirilsə də, eyni şeydir: "Sevimli Şou". Hər iclasda kanal rəhbəri bizə, şəxsən mənə o verilişin əla olduğunu sübut etməyə çalışırdı. Və bu səbəbdən də bizim kanal rəhbəri ilə mübahisəmiz düşür, müzakirə yox ha. Sübut etmək istəyirdi ki, bu veriliş "Sizin saat"dan daha yüksəkdir. Deməli, onun zövqü belədir. Axı, o verilişdə insanların etdikləri sadəcə televiziyaya yox, millətə qara ləkədir. Keyfiyyətsiz musiqi, keyfiyyətsiz aparma üsulu, üzlərində qəribə mimikalar olan insanlar. Elə bil ki, dəlixanadan qaçıblar. Bizdən də o cür mayallaq aşmağımız tələb olunur. Mən heç cür başa sala bilmədim ki, o verilişin keyfiyyəti çox aşağıdır".

milli.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org