Mexfilik qrifi qalxdi: Avropanin mekrli Turkiye hesabati


[r32]
– xeber –
Türkiyə-Avropa Şurası münasibətlərinin gərginləşməsi qətiyyən yalnız son referendumla bağlı deyil. Bu, Ərdoğan hakimiyyətinin özünü bir sıra məqamlarda Qərbin maraqlarına qarşı qoyması da deyil.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Musavat.com-a açıqlamasında AŞPA-nın Türkiyədə monitorinqi bərpa etmək qərarını və Türkiyə-Avropa gərginliyinin artmasına münasibət bildirən millət vəkili Zahid Oruc deyib. Millət vəkili bildirib ki, uzun on illər ərzində Avropa təchizatları, həmçinin bəlli siyasi mərkəzlər Türkiyəni içəridən yönləndiriblər:
“Bunlar konspirativ nəzəriyyələr, sadəcə, hansısa lojaların ətrafında yaradılmış mistik baxışların qənaəti deyil, gerçək hadisələrdir və üzərlərindən məxfilik qrifləri götürülüb. Ümumiyyətlə, Avropa Şurasının Türkiyəni monitorinq altına alması açıq-aşkar bu ölkənin həm xarici, həm də daxili siyasətini cilovlamaq, onu öz diktəsi altına gətirmək niyyətindən doğur. Bu isə konkret olaraq hazırkı hakimiyyətə qarşı təzyiqə çevrilir. Şübhəsiz ki, burada başqa bir məqam Türkiyənin müstəqil regional və beynəlxalq rolunu kiçiltmək, onu zərbəyə məruz qoymaq niyyətidir. Mahiyyətcə bu, Avropa Şurasını qeyd etdiyimiz siyasi mərkəzlərin əlində dəyənəyə çevirir. Onu çox ustalıqla, müxtəlif maraq qruplarının təmsilçiləri vasitəsilə ayrı-ayrı dövlətlərin üzərinə yönəldirlər. Bu, faktiki olaraq kifayət qədər məsləhətçi, ümumi nəzəri tövsiyələr verən bir qurumu açıq şəkildə məhkəmə təchizatına çevirməkdir. Biz Sovetlər dönəmində Kremlin paytaxt statusundan başqa Roma imperiyasına xas olan diktəsini görmüşük. İndi sanki Sovetlər dönəminin Kremlini ayrı-ayrı hallarda Strasburq təkrarlamış olur”.
Z.Orucun sözlərinə görə, çox yaxın bir zamanlarda Avropa Şurası nazirləri tərəfindən qeyd olunan qərar qəbul oluna bilər:
“Bu o deməkdir ki, həmin areala daxil olan ölkələrin siyasətində məlum mövqe öz əksini tapacaq. Çox qısa bir zamanda Avropa Birliyi Türkiyə ilə iqtisadi əlaqələrə də yenidən baxılması və bir sıra münasibətlərin dayandırılması mövqeyini işləyib hazırlayıb. Bundan ötrü yeni bir hesabat da hazırlanıb ki, onun da artıq üzərindən məxfilik çıxıb və məlumatlar mətbuata sızıb. Bütövlükdə götürdükdə, bu, Azərbaycanın keçmişdə yaşadığı proseslərin demək olar ki, eynisidir. Daha böyük miqyasda isə Türkiyənin varlığında təkrar olunmaqdadır. Düşünürəm ki, biz Türkiyə ilə həmrəylik göstərərkən, “Türkiyəsiz Avropa yoxdur” çağırışını verərkən, bu məsələyə dirənişimizi bütün rəsmi səviyyədə göstərmişik və proses davam edəcək.
Bu günlərdə AŞPA baş katib Pedro Aqramuntun Suriyaya daxili qaydaları gözləmədən getməsi məsələsini mühakimə edib, onunla bağlı ciddi bir siyasi böhran vəziyyəti yaranıb. Bu məsələ ətrafında Avropa Şurasının funksionallığı ciddi şübhə altına düşüb. Məsələnin başqa bir məqamına baxaq. Əgər Aqramunt doğrudan da parlamentin hər hansı bir müddəaları əleyhinə addım atıbsa, uzun on illər boyu Avropa Parlamentinin, Avropa Birliyinin Qarabağa hansı icazə altında gəldiyini əsaslandırmaq mümkündür? Bəs birinci şəxsə qarşı bu cür qəddar davranışları o zaman niyə istəmirdilər? Belə çıxır ki, həmin qurumda separatizm bölgəsini ayağa qaldırmaq, Azərbaycan əleyhinə fəaliyyət aparmaq üçün “xeyir-dua” var, ancaq Rusiya və İranın qüvvələri olduğu yerdə bu keçmir. Bu məqam Avropanın bəlli prinsiplərinin elə özü tərəfindən tapdalanması deməkdir. Şübhəsiz ki, qeyd edilən qərar Azərbaycanla Türkiyənin birgəliyini daha da möhkəmləndirərək, bu cür davranışlara qarşı mübarizəni dərinləşdirəcək. Düşünürəm ki, Azərbaycan parlamentində bu məsələ ilə bağlı çox sərt reaksiyalar olacaq. Burada hər zaman olduğu kimi sinxronlaşdırılmış fəaliyyət davam edəcək. Ehtimal edirəm ki, daha effektiv olması üçün orada protest mövqeyimizi göstərmək üçün ayrı-ayrı hallarda biz də səsvermə prosesindən özümüzü kənarda saxlaya bilərik. Bu, bir elementdir və təsir mexanizmidir. Söhbət qətiyyən fəaliyyətin dayandırılmasından gedə bilməz. Çünki biz o meydanı başqa qüvvələrin ixtiyarına verə bilmərik. Burada ağıllı qərarlar alınmalıdır”.
Z.Oruc Avropa iləTürkiyənin münasibətlərinin tam pozulmayacağını da vurğulayıb:
“Avropa tərəfinin istədiyi birinci növbədə idarə olunan Türkiyə modelidir, ikincisi, bu dövlətin içərisində onu daim yönləndirməyə imkan verən mexanizmlərin əldən verilməməsidir. Eyni zamanda, Avropa tərəfindən Türkiyənin regional və müstəqil siyasəti qəbuledilməzdir. Nə Avropa Türkiyəsiz, nə də Türkiyə Avropasız siyasətini davam etdirə biləcək. Türkiyə hər hansı bir islam birliyi liderliyinə can atmaqla Avropa arealından qopub, kənarlaşası deyil. Şübhəsiz ki, bir qədər Türkiyəyə iqtisadi zərbə vurub, xalqı hakimiyyətə qarşı qaldırmağa çalışacaqlar. Ancaq düşünmürəm ki, bütövlükdə məsələn, Rusiya kimi sanksiyalara məruz qoyulacaq. Bu, ağıla gəlsə də, reallıqda tətbiqi mümkün deyil”.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org