"Metsamor"la bagli muraciet qebul olundu

– xeber – Bu gün Bakıda keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayının nümayəndələri Ermənistanda yerləşən "Metsamor" Atom Elektrik Stansiyasının fəaliyyəti ilə bağlı BMT-nin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinə, Avropa İttifaqına və dünya ictimaiyyətinə müraciət qəbul ediblər.

 

Trend-in məlumatına görə, müraciətdə "Metsamor" AES-in region və dünya üçün böyük təhlükə törətdiyi qeyd olunub.

 

Müraciətdə deyilir ki, "Metsamor" AES-in tullantılarının Azərbaycan ərazisindən keçən çaylara axıdılması, habelə işğal olunmuş Azərbaycan ərazilərində basdırıldığına dair tutarlı faktlar var. Digər narahatlıq doğuran məqam Ermənistanın bəzi rəsmi şəxslərinin "çirkli bomba" adlandırılan nüvə silahına malik olduqlarına dair bəyanatlarıdır. Bu bəyanatlar vəziyyətin nə dərəcədə təhlükəli olduğunu bir daha nümayiş etdirir.

 

Daha sonra müraciətdə bildirilir: "Biz – dünya azərbaycanlıları bütün beynəlxalq təşkilatlara, xüsusilə BMT-nin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinə və Avropa İttifaqına müraciət edərək dünyada sülhün və təhlükəsizliyin təmin olunması, bu məqsədlə Ermənistan ərazisində fəaliyyət göstərən "Metsamor" AES-in fəaliyyətinin dayandırılması istiqamətində təcili tədbirlər görməyə çağırırıq. Ümid edirik ki, beynəlxalq ictimaiyyət regionda baş verə biləcək fəlakətin qarşısının əvvəlcədən alınması üçün öz səylərini əsirgəməyəcək".

axar.az

Yorum Gönderin

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org