Metroda hansi cerimeler olacaq?

14:21 – xeber – Digər ictimai nəqliyyat vasitələri kimi metroda da qayda pozan sərnişinlər üçün cərimələr nəzərdə tutulub.
 
Axar.az əksər vətəndaşların bundan xəbərsiz olduğunu nəzərə alaraq, metro istifadəçilərinin daşıdıqları məsuliyyət və qayda pozuntusuna görə onları gözləyən cərimələrlə bağlı bəzi məqamları nəzərə çatdırır:
 
İnzibati Xətalar Məcələsində (İXM) 140-1.1. Stansiyaların vestibüllərini, keçirdlərini və platformalarını, habelə eskalatoru və vaqonların salonunu zibilləməyə və ya həmin obyektlərin üzərində hər hansı yazılar yazmağa, məhdudiyyət çəpərləri və girişi qadağan edən nişanlar quraşdırılmış yerlərdən stansiyaya daxil olmağa, zərurət olmadan “sərnişin-maşinist” rabitəsindən istifadə etməyə görə 10 manat miqdarında cərimə tətbiq edilir.
 
140-1.2. Sürahinin üstünə əşya qoymağa görə 15 manat miqdarında cərimə edilir.
 
140-1.3. Dəmir yoluna hər hansı əşya atmağa görə 30 manat miqdarında cərimə edilir.
 
140-1.4. Eskalatorun sürahisini çıxarmağa, zərurət olmadan “Stop” açarından istifadə etməyə, stansiyaların vestibüllərində, keçidlərində və platformalarında, vaqonlarda siqaret çəkməyə, qatarın hərəkəti zamanı vaqonun qapılarını açmağa, qatarın yola düşməsini ləngitməyə, özbaşına dəmir yoluna düşməyə, qatarın idarəetmə kabinəsinə, xidməti-texniki otaqlara, ventilyasiya şaxtası köşklərinə, tunellərə və metropolitenin işçiləri üçün nəzərdə tutulan çəpərlənmiş ərazilərə daxil olmağa, açıq oddan, pirotexniki qurğulardan (fişəng, partlayıcı və sair) istifadə etməyə görə 50 manat miqdarında cərimə edilir.
 
140-1.5. Müvafiq icazə olmadan metropolitenin elektrik şəbəkəsinə elektrik işlədicilərini qoşmağa görə 70 manat miqdarında cərimə edilir.
 
140-1.6. Metropolitenin ventilyasiya şaxtası köşklərinə 25 metrdən yaxın məsafədə hər hansı əşya yandırmağa görə 100 manat miqdarında cərimə edilir.
 
Metropolitendə Polis Şöbəsindən Avtosfer.az-a verilən məlumata görə, bu qanunlardan əksər sərnişinlərin xəbəri olmasa da, qayda pozduqlarına görə cəzalananların sayı xeyli çoxdur. Əsasən, metroda siqaret çəkənlərin çoxluq təşkil etdiyini deyən polis əməkdaşları bildirdilər ki, həmin sərnişini saxlayıb şöbəyə gətirirlər və burada barəsində inzibati protokol tərtib edildikdən sonra cərimə kassaya ödənilir. Metro polisləri etiraf edirlər ki, sərnişinlərin əksəriyyəti bu qaydaları və ona adekvat cərimələri bilmədikləri üçün pozuntuya yol verirlər:
 
“Bəzi sərnişinlər var ki, vaqondan düşüb eskalatora minən kimi siqareti yandırır. Lakin bu, qanun pozuntusudur. Ümumiyyətlə, “M” hərfi yazılan yerdən daxil olduqda metro ərazisi sayılır və sərnişinlər qanunla üzərlərinə düşən vəzifələri icra etməlidirlər. Qaydaları pozmaq olmaz. Bəzən sərnişinlər vaqonların qapısını tutub saxlayırlar və bununla da qatarın hərəkətini gecikdirirlər. Bu da inzibati məsuliyyətə səbəb olur. Sürahiyə toxunanlar, yerə zibil atanlar, vaqonları yazanlar da az deyil. Yazanların hamısını tutmaq mümkün olmasa da, zibil atanlar, qapını tutub saxlayanlar, siqaret çəkənlər, qadağan olunmuş əraziyə daxil olunlar polislər tərəfindən saxlanılır və cərimə olunur”.

axar.az

Yorum Gönderin

Arabic ar.wikiapp.org
Chinese (Simplified) zh-CN.wikiapp.org
Croatian hr.wikiapp.org
Czech cs.wikiapp.org
Danish da.wikiapp.org
Dutch nl.wikiapp.org
Finnish fi.wikiapp.org
French fr.wikiapp.org
German de.wikiapp.org
Greek el.wikiapp.org
Hindi hi.wikiapp.org
Italian it.wikiapp.org
Japanese ja.wikiapp.org
Norwegian no.wikiapp.org
Polish pl.wikiapp.org
Portuguese pt.wikiapp.org
Russian ru.wikiapp.org
Spanish es.wikiapp.org
Swedish sv.wikiapp.org
Indonesian id.wikiapp.org
Serbian sr.wikiapp.org
Slovak sk.wikiapp.org
Ukrainian uk.wikiapp.org
Hungarian hu.wikiapp.org
Turkish tr.wikiapp.org
Persian fa.wikiapp.org
Afrikaans af.wikiapp.org
Azerbaijani az.wikiapp.org